Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ukrayna saytında AZƏRTAC-ın xüsusİ müxbİrİnİn Xocalı soyqırımı barədə məqaləsİ yayılıb

Bakı, 4 fevral, AZƏRTAC

Ukraynanın versii.com saytında AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Xocalı faciəsi ilə bağlı “Sözün bitdiyi an!” sərlövhəli məqaləsi yayılıb.

Müəllif yazır ki, XX əsrin sonlarında Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımı insanlığa qarşı həyata keçirilən ən ağır cinayətlərdən biri hesab olunur. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir. Xocalı faciəsi heç vaxt tarixi yaddaşdan silinməyəcək.

Statistik rəqəmlərlə zəngin olan məqalədə qeyd edilir ki, Xocalı soyqırımını tanıyan ölkələrin sayı getdikcə artmaqdadır. Bu günə qədər Xocalı soyqırımı dünyanın 16 ölkəsi, Amerika Birləşmiş Ştatlarının 24 ştatı tərəfindən tanınıb və qınanılıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı 13 sənəd qəbul edib.

Azərbaycan dövləti, dünya azərbaycanlıları Xocalı faciəsi ilə bağlı həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq, bu qırğını xalqımıza qarşı soyqırımı kimi qəbul etdirmək məqsədilə məqsədyönlü və davamlı fəaliyyət həyata keçirir. Xocalı soyqırımının tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və informasiya kampaniyası çərçivəsində həyata keçirilən işləri xüsusi vurğulamaq lazımdır.

Hazırda Azərbaycanın 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu yazan müəllif bildirir ki, Ermənistan tərəfindən vurulan mənəvi və psixoloji zərərdən əlavə, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına yüz milyardlarla dollardan çox ziyan dəyib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR