Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Gİorgİ Qoqua: Axalkalakİdə ermənİ terrorçuya qoyulmuş abİdə sökülməlİ və günahkarlar cəzalandırılmalıdır

Tbilisi, 9 fevral, AZƏRTAC

“Axalkalaki rayonunun Buğaşen kəndində M.Avakyan adlı erməni terrorçuya, əli günahsız insanların qanına batmış cinayətkara abidə qoyulması Gürcüstana arxadan zərbədir. Biz, gənclər buna biganə qala bilmərik”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanda gənclər təşkilatının üzvü, politoloq Giorgi Qoqua söyləyib.

Gənc siyasətçi deyib: “Mənim fikrimcə, erməni separatçıların bu addımı sırf təxribat xarakterlidir. Onların bu addımı Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa yönəlmiş məqsədyönlü siyasi gedişdir”.

Onun sözlərinə görə, abidə sökülməli və günahkarlar cəzalandırılmalıdır. Gələcəkdə bu cür təxribatların təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir.

“Gürcüstan tolerant ölkədir. Bütün millətlər burada sərbəst, azad şəkildə yaşayırlar. Biz icazə verməməliyik ki, kimsə ölkəmizin daxilində qarşıdurma yaratmaqla bizim imicimizə zərbə vursun”, – deyə Qoqua vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Giorgi Qoqua bir qrup gürcü gənclə Gürcüstanda yaşayan azərbaycanlıların fevralın 8-də Tbilisidə parlamentin binası qarşısında keçirdiyi aksiyaya dəstək veriblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR