Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Parlament Assambleyası

Azərbaycanın mədənİ İrsİnİn zəbt edİlməsİ və dağıdılması - Strasburq, 27 İyun 2001-cİ İl

Azərbaycanın mədəni irsinin zəbt edilməsi və dağıdılması*

 

Strasburq, 27 iyun 2001-ci il

 

Azərbaycan Respublikasına qarşı erməni təcavüzünün faciəvi nəticələrindən biri də odur ki, Azərbaycan torpaqlarının 20 faizini işğal etməkdən əlavə, ermənilər ölkənin zəbt olunmuş bölgələrində Azərbaycanın milli- mənəvi irsini məhv edirlər. Bir çox beynəlxalq təşkilatların müraciətinə baxmayaraq, Ermənistan işğal olunmuş bölgələrdə Azərbaycanın mədəni sərvətlərinin təhlükəsizliyi üçün heç bir konstruktiv addım atmamışdır.

İşğal olunmuş ərazidə 500 tarixi-memarlıq və 100-dən çox memarlıq abidəsi, 22 muzey, 4 şəkil qalereyası, 927 kitabxana, 85 musiqi məktəbi, 4 dövlət teatrı qalmışdır.

İşğal nəticəsində tunc dövrünə aid nadir abidələr - 100-dən çox Xocalı kurqanı yerlə-yeksan edilmişdir. Parlament  Assambleyası  belə  xəbəri  təşviş  hissi  ilə  qarşılamışdır  ki,  insan  sivilizasiyasının  qədim məskənlərindən biri olan Azıx mağarası silah anbarı kimi istifadə olunur.

Azərbaycanın   ədəbiyyat   və   incəsənət   nümunələrinin   ermənilər   tərəfindən   təhqirə   məruz   qalması Azərbaycan xalqını ciddi narahat edir.

Uzun  əsrlər  boyu  yaradılmış  mədəni  irsin  yalnız  bir  xalqa  və  ya  ölkəyə  mənsub  olmadığını,  dünya mədəniyyətinin  bir  parçası  olduğunu  nəzərə  alaraq  Parlament  Assambleyası  Avropa  Şurasının  Nazirlər Komitəsinə  müraciət  edir,  Azərbaycanın  mədəni  irsinə  qarşı  ermənilərin  törətdikləri  vəhşiliklərin  qarşısını almağa çağırır.

-----------------------

          * Bax: Avropa Şurası Parlament Assambleyası. Sənəd. 9147

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR