Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

News

Brüsseldə keçİrİləcək Ümumavropa Qarabağ mİtİnqİ canlı yayımlanacaq

Bakı. Trend:

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatla­rının təşəbbüsü ilə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində - 23 fevral tarixində Avropanın siyasi mərkəzi olan Brüsseldə (Lüksem­burq meydanında) “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, diaspor təşkilatları mitinqin canlı olaraq Azərbaycanda da yayım­lanma­sı təşəbbüsünü irəli sürüblər:

"Komitə xaricdə yaşayan soydaşlarımızın hər bir təşəbbüsünə, o cümlədən bu mitinqin canlı yayımlanması ilə bağlı təşəbbüsə diqqət və həssaslıqla yanaşır. Mitinqlə bağlı lazımi dövlət qurumlarına, eləcə də televiziyalara rəsmi məktublar göndərilib, mətbuata açıqlama verilib, sosial şəbəkə üzərindən diaspor təşkilatlarına bütün mümkün dəstəklər göstərilir.

 

"Mitinq yerli vaxtla saat 14:00-16:00 arasında olacaq. Bu da Bakı vaxtı ilə saat 17:00-19:00-a düşür. Bu saatda hər kəs mitinqi Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən (https://www.facebook.com/AzDiaspora/) canlı olaraq izləyə bilər.

Mətbuat xidməti olaraq, bütün həmvətənlərimizdən xahiş edirik ki, mitinqlə bağlı xəbərləri, videoları sosial şəbəkə üzərindən, eyni zamanda müxtəlif dillərdə daha çox paylaşsınlar. Bu həm düşmənə bir cavabdır, həm də xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini stimullaşdırır".

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR