Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Əzİzağa Qənİzadə: Davİd Tonoyanın sonuncu açıqlaması Ermənİstan İşğalçı dövlət olduğunu bİr daha təsdİqləyİr

Xocalı şəhərində 613 nəfərin vəhşicəsinə qətlə yetirilməsi, 1275 nəfərin əsir götürülməsi, 150 nəfərin itkin düşməsi ilə nəticələnən soyqırımı qurbanlarının xatirəsinin anıldığı günlərdə Ermənistanın müdafiə naziri David Tonoyanın sonuncu açıqlaması onun genosid və faşizm ideyasından əl çəkmədiyini göstərən növbəti faktdır.

Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın ölkəsinin hərbi strategiyasının müdafiədən hücuma dəyişdiyini söyləməsinə münasibət bildirən ehtiyatda olan polkovnik Əzizağa Qənizadə AZƏRTAC-a açıqlamasında deyib.

Ə.Qənizadə bildirib ki, D.Tonoyan müsahibəsində “hücum strategiyası” ifadəsini işlətməklə Ermənistan işğalçı dövlət olduğunu təsdiq edir. Amma D.Tonoyan unutmamalıdır ki, 27 il əvvəl tələsik təşkil edilmiş ordudan əsər-əlamət yoxdur. Bugünkü Azərbaycan Ordusu ən son texnologiya və ən yeni silahlarla təchiz olunmuş, yüksək döyüş əzmi və qarşıya qoyulan bütün tapşırıqları istənilən şəraitdə yerinə yetirməyə qadir olan ordudur.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarına geri qayıtması qaçılmazdır. Azərbaycan bu problemin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Əks halda əldə silah torpaqlarımızı döyüşərək işğaldan azad edəcəyik. Azərbaycan Ordusunun bunu etmək gücündə olduğunu hər bir kəs bilməlidir”, - deyə Ə.Qənizadə bildirib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR