Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Parlament Assambleyası

Azərbaycan Respublİkasında ekolojİ vəzİyyət (Dağlıq Qarabağ, Şuşa, Laçın, Qubadlı, Zəngİlan, Kəlbəcər, Ağdam, Füzulİ, Cəbrayıl) - Strasburq, 27 İyun 2001-cİ İl

Azərbaycan Respublikasında ekoloji vəziyyət

(Dağlıq Qarabağ, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl)*

 

Strasburq, 27 iyun 2001-ci il

 

Müasir dünyada ekoloji problemlərin ümumbəşəri əhəmiyyətini nəzərə alaraq Avropa Şurası Azərbaycan Respublikasının  ərazisində  (Dağlıq  Qarabağ,  Şuşa,  Laçın,  Qubadlı,  Zəngilan,  Kəlbəcər,  Ağdam,  Füzuli, Cəbrayıl) yaranmış ekoloji vəziyyətlə əlaqədar dərin təşviş hissi keçirir.

Azərbaycanın həmin ərazisində iki milli qoruq (Qarabağ və Bəsitçay) və dörd müvəqqəti qoruq (Laçın, Qubadlı, Arazətrafı, Cəbrayıl) var. Nadir təbii relyefi, zəngin fauna və florası ilə tanınan həmin milli qoruqlar nəzarətdən kənarda qaldığına görə aramsız olaraq ermənilər tərəfindən qarət edilir.

Adı çəkilən ərazilərdə meşələrin ümumi sahəsi 264.000 hektardır. Nadir ağac və heyvan növləri hər gün məhv edilir. Nəticədə təbii növlər arasında bioloji əlaqələr pozulur, bu isə ekoloji böhrana səbəb olur.

Azərbaycanın ən mühüm su arteriyalarından biri olan Araz çayında suyun kimyəvi analizi göstərir ki, suyun çirklənməsi  normadan  bir  neçə  dəfə  yuxarıdır.  Araz  çayının  əsas  qollarının  (Oxçuçay,  Razdan,  Arpaçay) Ermənistan  ərazisindən  keçdiyini,  habelə  Ermənistanın  “Sərhədlərarası  su  arteriyalarından  və  beynəlxalq sulardan istifadə edilməsi və onların mühafizəsi haqqında Konvensiya”nı (Helsinki, 2000-ci il) imzalamadığını nəzərə alaraq Parlament Assambleyası vəziyyətlə əlaqədar böyük narahatlıq hissi keçirir.

          Qafqaz  regionunda  seysmoloji  aktivliyin  (Spitak,  1988,  Bakı,  2000) yüksək  olduğunu,  Ermənistan Respublikasındakı atom stansiyasının təkcə region üçün deyil, bütün Şərqi Avropa və Yaxın Şərq ölkələri üçün potensial  təhlükə  olduğunu,  Azərbaycan  Respublikasının  2001-ci  ildə  “Zəhərli  tullantıların sərhədlərarası daşınmasına nəzarət haqqında Bazel Konvensiyası”nı imzaladığını, həmçinin adı çəkilən ərazilərin tamamilə nəzarətsiz qaldığını nəzərə alaraq Parlament Assambleyası belə bir narahatlıq hissi keçirir ki, Azərbaycanın həmin ərazilərində Ermənistandakı atom stansiyasının nüvə tullantıları basdırıla bilər.

Yuxarıda deyilənləri nəzərə alaraq, Parlament Assambleyası Nazirlər Komitəsinə müraciət edir, Avropanın nadir torpaq sahələrindən olan həmin işğal zonasında mümkün ekoloji fəaliyyətin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırır.

-----------------------

          * Bax: Avropa Şurası Parlament Assambleyası. Sənəd. 9148

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR