Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ermənİstan rəsmİsİ ABŞ Dövlət Departamentİnİn hesabatındakı İttİhama cavab verə bİlməyİb

Bakı, 15 mart, AZƏRTAC

ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı yeni hesabatında bildirilir ki, “separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonun ərazisinin böyük bir hissəsinə nəzarət etməkdə davam ediblər”.

Ermənistanı açıq-aşkar işğalçılıqda və separatçılığı dəstəkləməkdə ittiham edən bu hesabatı şərh edən Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib ki, ABŞ Dövlət Departamentinin son hesabatında yeni heç nə yoxdur və bu təsbit hər il təkrar olunur. Ən ziddiyyətlisi ondan ibarətdir ki, rəsmi Yerevanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda yeni format təklif etməsi fonunda XİN nümayəndəsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi “hazırkı format çərçivəsində” problemin dinc yolla həllinə səy göstərdiyini əlavə edib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin də Ermənistanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin qəbuledilməz olduğunu bəyan etdikləri bir şəraitdə A.Naqdalyan ikiüzlü şəkildə qeyd edib ki, Yerevan “öz öhdəliklərini yerinə yetirir”

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR