Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Parlament Assambleyası

Azərbaycan Respublİkasının İşğal olunmuş ərazİlərİndə nüvə texnologİyası və nüvə tullantılarının basdırılması barədə - Strasburq, 7 may 2002- cİ İl

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nüvə

 texnologiyası və nüvə tullantılarının basdırılması barədə*

 

Strasburq, 7 may 2002- ci il

 

Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrindən biri Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda, Qarabağ dağlarında və Azərbaycan Respublikasının digər yeddi rayonunda nəzarət edilməyən nüvə zonalarının yaradılması olmuşdur ki, bu da bütün Cənubi Qafqaz regionu üçün ciddi təhlükə törədir.

İşğal edilmiş ərazidə 29 nüvə mərkəzi vardır. Bu sahədə radiasiya və nüvə tullantıları 80000 hektar kənd təsərrüfatı torpağını, 150000 hektar meşəni, 22000 hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir.

Ermənistanm “Razdanmaş”, “Armavir”, “Akopyan”, “Cak Mac Metals” və “Vartaniol” şirkətləri nüvə texnologiyalarını Dağlıq Qarabağdan keçirməklə İrana və İraqa ötürmüşlər. Sonuncu şirkət, həmçinin işğal edilmiş ərazidə “C-300” və “Tayfun” tipli raketlərin təkmilləşdirilməsi prosesinə cəlb edilmişdir.

Sankt-Peterburq Fizika İnstitutunun, Moskvanın Kurçatov adına Nüvə Texnologiyaları İnstitutunun və Minskin Nüvə Fizikası İnstitutunun laboratoriyaları Qarabağ dağlarında işləyirlər. Bu laboratoriyaların və Ermənistanın “Metsamor” atom stansiyasının nüvə tullantıları xüsusi çəlləklərdə Qarabağın dağlıq regionunda yerləşən Almalı, Kolatıq və Seyidbəyli yaşayış sahələrində basdırmışlar.

Baham adalarında yerləşmiş olan “Union Atomic Garbage Pic” adlı atom tullantılarının yerləşdirilməsi üzrə podratçı şirkəti Qarabağ dağlarında nüvə tullantılarımn basdırılması üçün xüsusi beton çalalar tikmişdır.

Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunun təxminən yarısı İran vətəndaşlarına icarəyə verilmişdir. Nüvə tullantıları bu rayonun şərq hissəsində basdırılmışdır və 219 kvadrat kilometrlik sahə yüksək radiasiya ilə əhatə edilmişdir. Bu rayonun İrana yaxın hissəsi (93 kvadrat kilometr) on illiyə İranın sərhəd qüvvələrinə icarəyə verilmişdir.

Regionda mövcud olan nüvə təhlükəsi, həmçinin ermənilər tərəfindən  1993-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun işğalı zamanı nüvə döyüş başlıqlarının istifadəsinin nəticəsi kimi özunü büruzə vermişdir və ekspertlərin rəyi belədir ki, bu zəhərlənmiş zona ən azı iyirmi beş il ərzində təmizlənə bilər (Rusiya Federasiyası Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu, “Messenger” 1997, 14 noyabr).

Azərbaycanın işğal edilmiş Laçın rayonunun 280 kvadrat kilometrlik meşə zonası Amerika vətəndaşı Q.Ohanyana icarəyə verilmişdir və o, bu ərazidə silah zavodu tikmişdir. Ermənistan Toksikologiya İnstitutunun 1996-cı il hesabatında göstərilmişdir ki, Laçın rayonunda olan 320 kvadrat kilometrlik sahə kütləvi qırğın zonasına çevrilmişdir.

Azərbaycan Respublikasının beynəlxalq nəzarətdən kənar olan işğal edilmiş ərazilərində nüvə silahlarının, nüvə texnologiyalarının və nüvə tullantılarının artması, Qafqazda sülhün və sabitliyin gələcəkdə yaradılması üçün ciddi maneəni və daha böyük fəlakətlərin baş verməsinin real təhlükəsini əks etdirir.

Assambleya belə hesab edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz zonaların mövcudluğu bütün Qafqaz üçün real nüvə təhlükəsi yaradır.

Assambleya təkid edir ki, Ermənistan rəhbər dairələri regionda nüvə təhlükəsinin genişləndirilməsinə son qoysunlar.

Assambleya Avropa Şurasına üzv olan ölkələri buna çağırır ki, işğal edilmiş Azərbaycan ərazilərində radiasiya zonaları yaradan Ermənistan və İranla hər hansı nüvə əməkdaşlığından çəkinsinlər.

Assambleya buna görə də özünün Siyasi İşlər Komitəsi və Ətraf mühit və Kənd Təsərrüfatı Komitəsindən xahiş edir ki, göstərilmiş məsələni nəzərdən keçirsin və bu barədə tövsiyələr tərtib etsin.

-----------------------

* Bax: Avropa Şurası Parlament Assambleyası. Sənəd. 9444

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR