Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Parlament Assambleyası

Azərbaycan Respublİkasının İşğal olunmuş ərazİlərİndə ermənİlər tərəfİndən dəstəklənən terrorçu təşkİlatlar şəbəkəsİ barədə - Strasburq, 14 İyun 2002- cİ İl

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ermənilər

 tərəfindən dəstəklənən terrorçu təşkilatlar şəbəkəsi barədə*

 

Strasburq, 14 iyun 2002- ci il

 

Azərbaycan Respublikasının 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. İşğal edilmiş ərazilərdə beynəlxalq hüquq normalarına daha hörmət edilmir və bu torpaqlar Avropa qitəsindən təcrid edilərək dünya ictimaiyyəti üçün ciddi qeyri-təhlükəsizlik zonası təşkil edir.

İşğal edilmiş ərazilərdə yerləşmiş olan terrorçu qruplarının maliyyə mənbələri narkotiklərin satışı, nüvə layihələri və həmçinin silahların daşınmasıdır. Dağlıq Qarabağ regionunda narkotiklərin becərilməsi və istehsalı üçün zəruri olan şəraitin yaradılması barədə ABŞ Dövlət Departamentinin mart, 2000-ci il tarixli hesabatı və həmçinin işğal edilmiş torpaqlarda qanunsuz nüvə layihələrinin yerinə yetirilməsi ilə məşğul olan erməni təşkilatlarına qarşı sanksiyaların tətbiq edilməsi üzrə ABŞ Dövlət Departamentinin may, 2002-ci il tarixli qərarının qəbul edilməsi Ermənistan dövlətinin müdafiəsi ilə bu cinayət fəaliyyətini idarə edən terrorçu şəbəkəsinə xüsusi diqqət yetirilməsinə olan ehtiyacı çox yaxşı sübut edir.

İşğal edilmiş ərazilərdə nəzarətin olmaması nəinki erməni terror təşkilatları olan “Asala”, “Haudud” təşkilatları üçün əlverişli şərait yaradır, həmçinin təlim düşərgələri yaratmaq və müvafiq fəaliyyət göstərmək üçün vəsaitə malik olan xarici terror təşkilatlarını da ruhlandırır.

İşğal edilmiş Kəlbəcər rayonunda Livanın “Qayıdan qəhrəmanlar təşkilatı” (rəhbəri: Ter-Qriqoryan, Beyrut mənşəli erməni), Laçın rayonunda kürdlərin PKK təşkilatı (rəhbəri: C.Samoyan) və “Vartan cəngavərləri” terrorist təşkilatı (rəhbəri: A.Babacanyan), Zəngilan rayonunda Livanın “Həmas” qrupunun “Ziyəddin Əl-Gissan” hərbi qolu, Xankəndində yunanların “Milli dirçəliş təşkilatı” terrorçu qrupu (rəhbəri: E.Qalustyan) geniş fəaliyyətdədir.

ABŞ vətəndaşı Monte Melkonyan, İran vətəndaşı Vazgen Sisliyan və Suriya vətəndaşı, 1970-80-cı illərdə Fransada törətdiyi terrorçuluq əməlləri ilə məşhur olmuş Varucan Qarbicyan kimi beynəlxalq terrorçulara Ermənistan prezidenti tərəfindən Qarabağ müharibəsinin milli qəhrəmanı adı verilməsi, onların dövlətin himayəsinə götürülməsi terrorizmin Ermənistanda dövlət səviyyəsində müdafiə edilməsini təkzibedilməz dərəcədə sübut edir.

Azərbaycanın işğal edilmiş ərazilərində olan “qanunsuz sahənin” bütün Avropa üçün təhlükə yaratdığını vurğulamaqla, Assambleya üzv olan ölkələri problemin həllini tapmaqda öz səylərini daha da artırmağa çağırır.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda və bununla bitişik olan Azərbaycanın yeddi rayonunda cari vəziyyətin ciddi yoxlanılması üçün monitorinq qrupu yaradılmasına olan zəruri ehtiyacı xüsusi qeyd edir.

Assambleya bunu tövsiyə edir ki, Nazirlər Komitəsi zəruri olan addımlar atsın ki, işğal edilmiş və beynəlxalq nəzarət altında olmayan zonadan terrorçu qrupları və şəbəkələri yaratmaq, narkotikləri becərmək və daşımaq, məxfi nüvə layihələrini yerinə yetirmək üçün istifadə edən Ermənistan beynəlxalq hüquq normalarına və Avropa Şurasının Nizamnaməsinə zidd olan özünün bu fəaliyyətini dərhal dayandırsın.

-----------------------

* Bax: Avropa Şurası Parlament Assambleyası. Sənəd. 9489

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR