Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Parlament Assambleyası

Ermənİstan Respublİkası tərəfİndən Naxçıvan Muxtar Respublİkasına yönəldİlmİş blokada sİyasətİ təhlükəsİnİn aradan qaldırılması zərurətİ barədə - Strasburq, 14 oktyabr 2002- cİ İl

Ermənistan Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına yönəldilmiş blokada siyasəti təhlükəsinin aradan qaldırılması zərurəti barədə*

 

Strasburq, 14 oktyabr 2002- ci il

 

Sülhün yaradılması üzrə bütün cəhdlərə, o cümlədən son iki il ərzində Avropa Şurasının tövsiyə etdiyi cəhdlərə baxmayaraq, Azərbaycan Respublikası ərazilərinin Ermənistan Respublikası tərəfindən 1988-ci ildə başlamış olan işğalı indiyə qədər davam edir. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan silahlı qüvvələrinin öz ərazilərini genişləndirmək niyyətindən doğan böyük təhlükə mövcuddur və onlar bu məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına münasibətdə olan öz iddiaları haqda açıq-aşkar danışırlar.

1988-1994-cü illər ərzində sərhədə yaxın olan ərazilərdən Naxçıvan Muxtar Respublikasına bir neçə dəfə təcavüz cəhdi edilmişdir.

1991-ci ildən bəri Ermənistan Naxçıvan Muxtar Respublikasını    tammiqyaslı iqtisadi, nəqliyyat və kommunikasiya blokadası şəraitində saxlayır. Bu cür dəhşətli blokadanın nəticəsi olaraq 45 istehsal və emal müəssisəsi öz fəaliyyətini dayandırmalı olmuşdur. 50 min insandan ibarət olan işçi qüvvəsi işsiz vəziyyətə düşmüş, onlar Dağlıq Qarabağdan (Naqorno Karabakh) zor gücünə qovulmuş və Naxçıvana qaçqın kimi gəlmiş 1400 ailəyə əlavə olunmuşlar.

Hal-hazırda Ermənistan rəsmi olaraq Naxçıvana olan iddialarını bəyan edir və hətta onu öz ərazisinə ilhaq edəcəyi ilə hədələyir. Bunu qeyd etmək zəruridir ki, bu gün Naxçıvan çox çətin şəraitdə yaşayır və Azərbaycanın qalan hissəsi ilə yalnız hava yolu ilə əlaqə saxlayır.    Ermənistanın bu yeni bədnam planı hər bir yerdə - onun təhsil, elm, siyasi və hərbi dairələrində geniş və açıq şəkildə bəyan edilir.

 Nazirlər Komitəsi Avropa Şurasının icraçı orqanı olmaqla və özünün nizamnaməsinə müvafiq olaraq hansı növ mexanizmlərdən istifadə edə bilər ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı iddialarının qarşısını alsın və bu kontekstdə Naxçıvan Muxtar Respublikasının Ermənistan Respublikası tərəfindən 11 il  davam edən tammiqyaslı blokadasının  vurduğu ziyan  Nazirlər Komitəsini narahat və məşğul edə biləcək  bir sualdır.

-----------------------

* Bax: Avropa Şurası Parlament Assambleyası. Sənəd. 9586

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR