Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Parlament Assambleyası

Avropa Şurası Parlament Assambleyası ATƏT-İn Mİnsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsİ üzərİndə münaqİşə TÖVSİYƏ 1690 (2005)- Strasburq, 25 yanvar 2005-cİ İl

Avropa Şurası Parlament Assambleyası

ATƏT-in Minsk Konfransının məşğul olduğu
Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə
TÖVSİYƏ 1690 (2005) *

 Strasburq, 25 yanvar 2005-ci il

 

Parlament Assambleyası ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişəyə dair özünün 1416 (2005) saylı qətnaməsinə istinad edərək Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:

I. Xüsusilə hərbi əməliyyatlardan çəkinmə və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən hərbi qüvvələrin geri çəkilməsi də daxil olmaqla, əlaqədar tərəfləri BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrinə əməl etməyə çağırsın;

II. Azərbaycan və Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in Nazirlər Şurasının münaqişəyə dair qərarlarının yerinə yetirilməsinin monitorinqini aparsın və monitorinqin nəticələri barədə Assambleyaya hesabat versin;

III. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, münaqişənin dinc yolla həll olunması üçün üzv dövlətlər tərəfindən göstərilən səylər barədə Assambleyaya hesabat versin. Bu hesabatda BMT Təhlükəsizlik Şurasının 853 (1993) saylı qətnaməsinin ziddinə olaraq üzv dövlətlərin münaqişənin intensivləşdirilməsinə və ya ərazinin işğalının davam etməsinə gətirib çıxara bilən silah və sursat təchizatından çəkinib-çəkinməmələri də öz əksini tapsın;

IV. Dağlıq Qarabağ münaqişəsi haqqında özünün 1251 (1994) saylı tövsiyəsini xatırladaraq  Azərbaycan və Ermənistanın istədikləri təqdirdə, Dağlıq Qarabağın siyasi statusunun müəyyənləşdirilməsinə köməklik məqsədilə ekspertləri onların sərəncamına versin;

V. Azərbaycan və Ermənistanda xüsusi etimad yaradılması tədbirləri üzrə fəaliyyət planı üçün vəsait ayırsın;

VI. Hər iki ölkədən müəllimlər və jurnalistlər üçün daha yaxşı qarşılıqlı anlaşma, dözümlülük və barışıq məqsədi güdən xüsusi treninq proqramlarının həyata keçirilməsinə vəsait ayırsın;

VII. Xüsusilə təhsil müəssisələri və ictimai KİV-ə dair irqçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyası tərəfindən hər iki ölkə üçün xüsusi fəaliyyətə vəsait ayırsın;

VIII. Səlahiyyətli rəhbər komitələri təlimatlandırsın ki, onlar Mübahisələrin sülh yolu ilə həll olunmasına dair Avropa Konvensiyasının Avropa Şurasının üzv dövlətləri arasında münaqişələrin aradan qaldırılmasının müasir tələblərini nə dərəcədə əks etdirməsi və Avropa Şurasının üzv dövlətləri arasında mübahisələrin sülh yolu ilə həll olunması üçün adekvat vasitənin tapılması məqsədilə konvensiyanın hansı hissəsinə düzəlişlərin edilməsi ilə bağlı təhlil aparsın;

IX. İki ölkəyə dair fəaliyyətlə bağlı qərar verərkən 1416 (2005) saylı qətnaməni nəzərə alsın;

X. 1416 (2005) saylı qətnamənin və bu tövsiyənin milli, ikitərəfli və beynəlxalq səviyyədə dəstəklənməsi məqsədilə onları üzv dövlətlərin hökumətlərinə təqdim etsin.

------------------

* 2005-ci il yanvarın 25-də Assambleyanın müzakirəsi (2-ci iclas).

 (Bax: Siyasi məsələlər komitəsinin məruzəsi, Sənəd.10364, məruzəçi: cənab Atkinson). 2005-ci il yanvarın 25-də Assambleya tərəfindən qəbul olunmuş mətn (2-ci iclas).

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR