Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dağlıq Qarabağa dair bəyanatlar

Avropa İttİfaqı Dağlıq Qarabağa daİr BƏYANAT - Brüssel, 22 may 1992-cİ İl

Avropa İttifaqı

Dağlıq Qarabağa dair

BƏYANAT

 

Brüssel, 22 may 1992-ci il


            Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ regionunda döyüşlərin son vaxtlar intensivləşməsi ilə bağlı dərin narahatlığını bildirir və hər hansı bir tərəfdən güc tətbiq edilməsini qəti şəkildə pisləyir. Birlik və ona üzv olan dövlətlər davamlı döyüşlər nəticəsində əhalinin yenidən üzləşdiyi əzab-əziyyətdən və insan tələfatından təəssüflənir.

            Dağlıq Qarabağın erməni və Azərbaycanlı əhalisi daxil olmaqla, Ermənistan və Azərbaycan xalqları, hər iki hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul etdikləri təqdirdə, eyni səviyyəli mühafizə ilə təmin olunmaq hüququna malikdirlər. Buna görə də Birlik və ona üzv olan dövlətlər qəbul edilmiş prinsip və öhdəliklərə zidd olaraq ərazi bütövlüyünə qarşı və ya mülki əhalinin daimi yaşayış yerlərindən qovulması da daxil olmaqla, siyasi məqsədlərə nail olmaq üçün gücə əsaslanan hərəkətləri pisləyir. Azərbaycan və erməni əhalisinin fundamental hüquqları mövcud sərhədlər məzmununda tam şəkildə bərpa edilməlidir.

            Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana müraciət edərək maksimal dərəcədə təmkinlilik nümayiş etdirməyə və ATƏM prosesinə konstruktiv töhfə verməyə çağırır. Bu mənada Birlik və ona üzv olan dövlətlər bütün tərəfləri Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının tezliklə keçirilməsi istiqamətində iş aparmağa və Dağlıq Qarabağ icmalarının təmsil olunmaları şərtlərinə dair razılıq əldə etməyə dəvət edir ki, onsuz davamlı sülhün bərqərar olması mümkün deyil.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR