Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dağlıq Qarabağa dair bəyanatlar

Avropa İttİfaqı Dağlıq Qarabağa daİr BƏYANAT Brüssel, 18 İyun 1992-cİ İl

Avropa İttifaqı

Dağlıq Qarabağa dair

BƏYANAT

 

Brüssel, 18 iyun 1992-ci il


            Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda davam edən döyüşlər ilə bağlı dərin narahatlığını bildirir. Birlik və ona üzv olan dövlətlər böhranın həllinə qətiyyən kömək etməyən hər hansı gücün tətbiq edilməsini ciddi şəkildə pisləyir. Onlar böhrana qatılan tərəfləri təmkinliliyə dəvət edir və növbəti əzab-əziyyət və ya insan tələfatı ilə nəticələnən hərəkətlərdən çəkinməyə çağırır.

            Birlik və ona üzv olan dövlətlər aidiyyəti olan hökumətləri nüfuzlarından istifadə edərək baş verən dəhşətli zorakılığa son qoymağa və davamlı atəşkəsə nail olmağa çağırır.

            Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana bir daha müraciət edərək ATƏM-ə daxil olarkən götürdükləri öhdəliklərə əsasən insan hüquqlarına hörmət etməyə çağırır. Onlar tərəfləri regionda sülhü bərpa etməyin ən yaxşı yolunu təklif edən ATƏM-in himayəsi altında Minsk Konfransının tezliklə keçirilməsinin zəruri şərtlərinin yaradılması üçün Romada ilkin fövqəladə görüş çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR