Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dağlıq Qarabağa dair bəyanatlar

Avropa İttİfaqı Dağlıq Qarabağa daİr BƏYANAT Brüssel, 24 İyun 1993-cü İl

Avropa İttifaqı

Dağlıq Qarabağa dair

BƏYANAT

 

Brüssel, 24 iyun 1993-cü il


            Birlik və ona üzv olan dövlətlər cənab Rafaellinin təqdim etdiyi ATƏM planının Dağlıq Qarabağ mübahisəsinin bütün iştirakçıları tərəfindən qəbul edilməsini alqışlayır. Onlar inanırlar ki, sözügedən plan regionda hərtərəfli atəşkəs, BMT TŞ-nin 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin həyata keçirilməsi və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli istiqamətində əsil irəliləyiş üçün ən yaxşı ümiddir. Onlar Dağlıq Qarabağda erməni icması nümayəndələrinin plana razılıqlarını təmin etmək məqsədilə Ermənistan prezidenti Ter Petrosyanın uğurlu şəxsi müdaxiləsini yüksək qiymətləndirirlər.

            Birlik və ona üzv olan dövlətlər ümid edirlər ki, Ermənistan hökuməti Dağlıq Qarabağda sülh planını hələ qəbul etməyən elementlər tərəfindən onu tam şəkildə qəbul etmək və Azərbaycanda Dağlıq Qarabağ və onun ətrafındakı indiki daxili çətinliklərdən sui-istifadə etməkdən çəkinmək çağırışlarını davam etdirəcəkdir. Birlik və ona üzv olan dövlətlər xəbərdarlıq edirlər ki, hazırkı vəziyyətdə hər hansı bir tərəfin hücum əməliyyatı sülh planını təhlükə altına sala bilər.

            Birlik və ona üzv olan dövlətlər münaqişə tərəflərini planı tam şəkildə dəstəkləməyə çağırır ki, bu, ATƏM-in müşahidəçi missiyasının yerləşdirilməsinin ilk mərhələsini asanlaşdırar. Onlar həmçinin tərəfləri qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını qəbul etməyə razılıq və ATƏM müşahidəçilərinin ərazilərdə yerləşdirildiyi andan təhlükəsizliyinə təminat verməyə təkid edirlər.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR