Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dağlıq Qarabağa dair bəyanatlar

Avropa İttİfaqı Dağlıq Qarabağa daİr BƏYANAT Brüssel, 3 sentyabr 1993-cü İl

Avropa İttifaqı

Dağlıq Qarabağa dair

BƏYANAT

 

Brüssel, 3 sentyabr 1993-cü il


            Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda getdikcə genişlənən Azərbaycan ərazisini işğal edən yerli erməni qoşunlarının hücumlarını pisləyir. Onlar təəssüf hissi ilə qeyd edirlər ki, bu hərəkətlər döyüş bölgəsini genişləndirməklə daha böyük Azərbaycan ərazisini əhatə edir, Azərbaycanda çox ciddi qaçqın problemi meydana gətirir və qonşu ölkələri qatmaqla regional təhlükəsizliyi təhdid altına alır.

            Birlik və ona üzv olan dövlətlər region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə olan dəstəklərini bir daha bəyan edirlər.

            Birlik və ona üzv olan dövlətlər Azərbaycan Hökuməti və Dağlıq Qarabağın rəhbərliyi arasında 31 avqust 1993-cü il tarixində əldə edilmiş müvəqqəti atəşkəsin davam etdirilməsi üçün ATƏM-in Minsk Qrupu çərçivəsində göstərilən səyləri tam dəstəkləyir. Birlik və ona üzv olan dövlətlər hər iki münaqişə tərəfini iyun ayının sonunda prinsip etibarı ilə razılaşdırılmış cədvəli yerinə yetirməyi mümkün edən hər hansı bir formada əlavə dialoqa başlamağa çağırırlar.

            Birlik və ona üzv olan dövlətlər həmçinin Dağlıq Qarabağın yerli erməni silahlı qüvvələrinin BMT TŞ-nin 822 və 853 saylı qətnamələrinə hörmət etdiyini və Kəlbəcər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarından geri çəkiləcəklərini görəcəklərinə ümid edirlər. Birlik və ona üzv olan dövlətlərin əlində Azərbaycanın bu ərazilərdən irimiqyaslı hücumlar həyata keçirmək iqtidarında olduğuna dair heç bir dəlil yoxdur.

            Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ ermənilərinin BMT TŞ-nin 822 və 853 saylı qətnamələrinə və ATƏM-in Minsk Qrupunun təkliflərinə əməl etmələri üçün Ermənistan hökumətini özünün həlledici təsirindən istifadə etməyə çağırır. Birlik və ona üzv olan dövlətlər Ermənistana müraciət edərək Azərbaycan ərazisində hücumlar həyata keçirən yerli erməni hərbi birləşmələrinin bu cür hücumlarını daha da genişləndirmək üçün onlara maddi yardımın verilməməyini təmin etməyə çağırır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR