Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dağlıq Qarabağa dair bəyanatlar

Avropa İttİfaqı Dağlıq Qarabağa daİr BƏYANAT Brüssel, 9 noyabr 1993-cü İl

Avropa İttifaqı

Dağlıq Qarabağa dair

BƏYANAT

 

Brüssel, 9 noyabr 1993-cü il

 

            Avropa İttifaqı 24 oktyabr 1993-cü il tarixində Dağlıq Qarabağ regionunda əldə edilmiş atəşkəsin pozulmasını pisləyir və bütün qüvvələri son vaxtlarda işğal edilmiş ərazilərdən geri çəkilməyə çağırır. Avropa İttifaqı ATƏM prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə verdiyi əhəmiyyəti bir daha vurğulayır. 

            Avropa İttifaqını döyüşlər nəticəsində yurdlarından didərgin salınmış insanların aqibəti xüsusilə narahat edir. Bu insanların qəbul edilməsi və qorunması beynəlxalq ictimaiyyətin əsas vəzifəsi olmalıdır. Bundan əlavə qaçqınların mövcudluğu münaqişənin beynəlxalq xarakter alması təhlükəsini artırır və bütün regionun sabitliyini təhdid edir. 

            Avropa İttifaqı zərər çəkmiş əhaliyə göstərilən yardımı davam etdirmək əzmindədir və region dövlətlərini həmin yardımların çatdırılması prosesini asanlaşdırmağa çağırır.

            Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinə nail olmaq məqsədilə ATƏM-in Minsk Qrupu tərəfindən göstərilən səyləri tam şəkildə dəstəklədiyini bir daha bildirir. Avropa İttifaqı münaqişə tərəflərini 24 oktyabr 1993-cü il tarixində pozulmuş atəşkəsi bərpa etməyə çağırır.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR