Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Quİdo Ambroso: Azərbaycanın qaçqınlar və məcburİ köçkünlərlə İş sahəsİndəkİ təcrübəsİ dünya üçün nümunədİr

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdikləri məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşlikatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Qeyd olunub ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin apardığı sosial siyasətin prioritet istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həlli üçün məqsədyönlü iş aparır.

Bundan başqa məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə dəstək məqsədi ilə keçirilən əmək yarmarkaları, eləcə də onların müvəqqəti məskunlaşdıqları yerlərdə yüksəkkeyfiyyətli tibbi xidmətlə təmin olunmaları üçün keçirilən aksiyalar haqqında ətraflı məlumat verilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsindəki dövlət siyasətini, onların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib, ölkəmizdə mövcud təcrübənin dünyada nümunə olduğuna diqqət çəkib.

Görüşdə, eyni zamanda, “Fuji” humanitar missiyasının məcburi köçkün və aztəminatlı ailələr üçün keçiriləcəyi növbəti optometrik aksiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Bu il missiyanın Azərbaycandakı fəaliyyətinin 15 ilinin tamam olduğuna diqqət çəkilib və bu istiqamətdə həyata keçiriləcək tədbirlər müzakirə edilib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR