Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

XİN: hərbİ təcavüz, etnİk təmİzləmə sİyasətİ olmadığı təqdİrdə, hər hansı sİlah yarışına da lüzum olmur

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisindən Ermənistanın xarici işlər nazirinin İsrailin dövlət televiziya kanalına müsahibəsinə cavab

 

Bakı, 4 may, AZƏRTAC

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan İsrailin KAN NEWS dövlət televiziya kanalına müsahibəsində İsrailin silah ticarətinin erməni xalqının məhvinə gətirdiyini, habelə bölgədə silah yarışının sülh və təhlükəsizliyin qurulmasına xidmət etmədiyini söyləyib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələyə münasibət bildirib.

XİN rəsmisi deyib: “Bölgədə silah yarışından danışarkən, ilk növbədə, qeyd etmək lazımdır ki, bu, Azərbaycan ərazilərinin beşdəbirini zəbt edən və hərbi işğal altında saxlayan Ermənistan Respublikasının işğalçı siyasətinin nəticəsidir. Azərbaycanın işğal olunmuş ərazilərində tam etnik təmizləmənin həyata keçirilməsi vəziyyəti daha da ağırlaşdırır. Yəni, burada söhbət bölgədə baş verən hadisələrin səbəb-nəticə əlaqələrindən gedir. Ərazi iddiaları, hərbi təcavüz və işğal, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur və bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına gətirir.

Ermənistan xarici işlər naziri öz müsahibəsində, həmçinin qeyd edir ki, Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, habelə bütün tərəfləri qane edəcək əsaslarda münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Lakin “bütün tərəfləri qane edəcək” həll yolunun məqbulluğundan danışan nazir Mnatsakanyan bilərəkdən beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad olunması, öz evlərindən zorla qovulmuş azərbaycanlı əhalinin, o cümlədən münaqişənin həllində maraqlı iki tərəfdən biri olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu ərazilərə geri qayıtması ilə bağlı prinsipial mövqeyini gizlədir. Məlum olduğu kimi, beynəlxalq təşkilatların bütün müvafiq qərar və qətnamələrində, o cümlədən, ilk növbədə, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində Azərbaycanın suverenliyinə və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunur.

Hazırda hələ ki, siyasi iradənin nümayiş etdirilməsi yolu ilə münaqişənin sülh yolu ilə həlli üzrə müvafiq şərtlərin əldə olunması üçün danışıqlar prosesinin irəli aparılmasında konkret nəticələr əldə etmək olar. Azərbaycan, eləcə də bütün beynəlxalq ictimaiyyətin Ermənistanın siyasi rəhbərliyindən gözləntisi budur. Lakin zaman gözləmir və aydındır ki, o, işğalçı ölkə olan Ermənistana qarşı işləyir”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR