Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Bülletenlər

Bülleten Aİ 01-1994 (fr): 1.3.7 Xarİcİ sİyasət və cəmİyyətİn təhlükəsİzlİyİ (7/20) Azərbaycan

Bülleten Aİ 01-1994 (fr): 1.3.7

Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (7/20)

Azərbaycan

            1.3.7. Avropa İttifaqının Sədrliyi adından Azərbaycandakı vəziyyət ilə bağlı 17 yanvar tarixində Afina və Brüssel şəhərlərində yayılmış kommünike:

            “Avropa İttifaqı dekabr ayının ortalarından etibarən Dağlıq Qarabağ regionunda irimiqyaslı döyüşlərin yenidən başlanması ilə bağlı dərin narahatlıq hissi keçirir. Avropa İttifaqı mövcud tərəfləri təmkinlilik nümayiş etdirməyə və artıq müharibə nəticəsində əziyyət çəkmiş insanlara yenidən əzab verməməyə çağırır.

      Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini bildirir və münaqişənin sülh yolu ilə nizamlanmasına dəvət edir. Məsələnin beynəlxalq xarakter alması təhlükəsini nəzərə alaraq Avropa İttifaqı aidiyyəti olan tərəfləri döyüşləri dayandırmağa və BMT TŞ-nin müvafiq qətnamələrinə əməl etməyə çağırır. Avropa İttifaqı tam şəkildə dəstəklədiyi ATƏM-in Minsk Qrupu çərçivəsində münaqişə tərəfləri arasında aparılan danışıqları ən qısa zamanda yenidən başlamağa çağırır.”

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR