Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Bülletenlər

Bülleten Aİ 07-1994 Xarİcİ sİyasət və cəmİyyətİn təhlükəsİzlİyİ (6/24)

Bülleten Aİ 07-1994

Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (6/24)

 

            Dağlıq  Qarabağ

            1.3.5. Avropa İttifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair 5 avqust tarixində Brüssel və Bon şəhərlərində yayılmış kommünike:

            “Avropa İttifaqı 12 may 1994-cü ildən etibarən qüvvədə olan atəşkəsin Ermənistan və Azərbaycan Müdafiə nazirləri, habelə Dağlıq Qarabağın hərbi birləşmələri tərəfindən 27 iyul 1994-cü il tarixində yazılı şəkildə təsdiq edilməsini təqdirəlayiq olduğunu bəyan edir. Münaqişə iştirakçılarının atdığı bu addım gələcəkdə məsələnin qarşılıqlı razılıq əsasında siyasi nizamlanmasına xidmət edəcəkdir.

            Beləliklə, Avropa İttifaqı bu istiqamətdə tərəfləri ATƏM-in Minsk Qrupu ilə yaxından əməkdaşlıq etməyə və davamlı siyasi nizamlanmaya nail olmaq üçün üzərilərinə düşənləri yerinə yetirməyə çağırır. Fürsətdən istifadə edərək Avropa İttifaqı bir daha Minsk Qrupunun səylərini tam şəkildə dəstəklədiyini bəyan edir. Atəşkəsin təsdiq edilməsi təkcə ilk mərhələ deyil, eyni zamanda davamlı siyasi nizamlanmanın əldə edilməsi üçün danışıqların aparılması istiqamətində mühüm səy deməkdir. Avropa İttifaqı ATƏM müşahidəçilərinin regiona göndərilməsi üçün müvafiq razılaşmanın imzalanması məqsədilə avqust ayında danışıqların sürətləndirməsinə dair tərəflərin niyyətini alqışlayır. Belə ki, Avropa İttifaqı münaqişə tərəflərini ATƏM-in müşahidə missiyasının maksimum dərəcədə həyata keçirilməsindən ibarət olan ilk mərhələni dəstəkləməyə çağırır.

Bu kommünike dörd dövlətin mövqeyini bildirir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR