Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dağlıq Qarabağa dair bəyanatlar

Almanİya sədrlİyİnİn Avropa İttİfaqı adından Dağlıq Qarabağa daİr BƏYANATI 5 avqust, 1994-cü İl

Almaniya sədrliyinin Avropa İttifaqı adından

 Dağlıq Qarabağa dair

BƏYANATI

 

5 avqust, 1994-cü il

 

12 may 1994-cü ildən etibarən əməl olunan atəşkəsin Ermənistan və Azərbaycan Müdafiə nazirləri, o cümlədən Dağlıq Qarabağın ordu komandiri tərəfindən 27 iyul 1994-cü ildə yazılı surətdə təsdiq edilməsini Avropa İttifaqı alqışlayır.

Müharibənin sülh və davamlı həllinə nail olmaqdan ötrü Avropa İttifaqı münaqişə tərəflərini bu məqsədlə ATƏM-in Minsk Qrupu ilə sıx əməkdaşlığa və onun təcrübəsindən istifadə etməyə çağırır.  Avropa İttifaqı fürsətdən istifadə edərək Minsk Qrupunun səylərini tam olaraq dəstəklədiyini vurğulayır.

Atəşkəsin təsdiqi münaqişənin davamlı və siyasi üsulla həllinin təmin olunmasını nəzərdə tutan fasiləsiz danışıqlar yolunda atılan addımı ifadə edir. Avropa İttifaqı münaqişə tərəflərinin danışıqları avqustda davam etdirmək və ATƏM müşahidəçilərinin iştirakına yol verən sazişi imzalamaq niyyətini alqışlayır. Avropa İttifaqı münaqişə tərəflərini ATƏM-in müşahidə missiyasının ilk fazasının tezliklə başlamasına razı olmağa çağırır.

Avropa İttifaqına daxil olacaq ölkələr – Finlandiya, Avstriya və İsveç bu bəyanata qoşulurlar.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR