Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dağlıq Qarabağa dair bəyanatlar

Avropa İttİfaqı-Azərbaycan Əməkdaşlıq Komİtəsİnİn üçüncü İclası 12 İyul 2002-cİ İl

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin üçüncü iclası

 

12 iyul 2002-ci il

 

Gələcək ikitərəfli əməkdaşlığın yekunları və qiymətləndirilməsi

Xarici siyasət

 

            Avropa İttifaqı və Azərbaycan razıdırlar ki, Azərbaycanın və bütün Cənubi Qafqazın sabitliyi və tərəqqisi ilk növbədə regionda dondurulmuş münaqişələrin həll edilməsindən asılıdır.

            Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə tam hörmət əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayır.

            Avropa İttifaqı inanır ki, bu münaqişə və onun həll edilməməsi Azərbaycanın və bütün regionun siyasi və iqtisadi inkişafı və təhlükəsizliyinə güclü mənfi təsir göstərir.

 Hər iki tərəf ərazilərin de-fakto işğal edilməsi prinsipinin (fait accompli) münaqişənin həll edilməsinin əsasını təşkil edə bilmədiyinə razılaşdı və Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində nə hazırkı vəziyyətin, nə də status-kvo vəziyyətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin qanuni hesab edilə bilmədiyini vurğuladı.

Avropa İttifaqı işğal olunmuş Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının dirçəldilməsi ilə birlikdə Bakı-Naxçıvan-Yerevan dəmir yolunun bərpasına imkan verəcək Ermənistan silahlı qüvvələrinin bu rayonlardan çıxarılmasına dair münaqişənin həlli və əməkdaşlığın bərpa edilməsi istiqamətində misilsiz tədbirlər paketi olan Azərbaycanın təklifini alqışladı və tərəfləri yaranmış çətin vəziyyətdən çıxmaq üçün bu fürsətdən istifadə etməyə dəvət etdi.

            Hər iki tərəf ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki səylərinin əhəmiyyətini tanıyır və gələcəkdə də bu səyləri tam şəkildə dəstəkləyəcəklərinə dair öhdəlik götürür.

            Avropa İttifaqı Ümumi Məsələlər Şurasının regionda daha fəal siyasi rol oynamaq niyyətinə dair 26 fevral 2001-ci il tarixli qərarını bir daha təsdiq edir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun üzvləri, müvafiq beynəlxalq təşkilatlar və region ölkələri ilə sıx əməkdaşlıqda regionda mövcud olan münaqişələrin qarşısının alınması və həll edilməsinə yönəlmiş səyləri dəstəkləmək yollarını arayacaq və münaqişədən sonrakı bərpa işləri prosesində iştirak edəcək.

            Avropa İttifaqı özünün regionda maraqlı olan bütün ölkələr, xüsusilə Rusiya və ABŞ ilə münasibətlərində Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş inkişafın təmin edilməsinə səy göstərəcək.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR