Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xarici İşlər Nazirlərinin Konfransı

İslam Konfransı Təşkİlatı Xa­rİ­cİ İşlər nazİrlərİnİn XXI konfransı Ermənİstan və Azərbaycan arasında münaqİşə üzrə Q Ə T N A M Ə - Kəraçİ, 25-29 aprel 1993-cü İl

 

 

 

İslam Konfransı Təşkilatı  Xa­ri­ci  işlər nazirlərinin XXI konfransı

Ermənistan və Azərbaycan

arasında münaqişə üzrə

Q Ə T N A M Ə

 

Kəraçi, 25-29 aprel 1993-cü il

 

Pakistan İslam Respublikasının Kəraçi şəhərində ke­çi­ri­lən  İKT  Xa­ri­ci  İşlər Nazirlərinin XXI konfransı İKT bəyannaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək,

Qarabağ məsələsi barəsində Ermənistanla Azərbaycan ara­sın­da münaqişənin kəskinləşməsi ilə əlaqədar dərindən narahat olaraq,

Ermənistanın Azərbaycana qarşı son hücumunu və Azərbaycan əra­zisinin iş­ğalını qətiyyətlə pisləyərək,

 Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nə­ti­cəsində humanitar problemlərin dözülməz vəziyyətindən təsir­lənərək,

İKT Xarici İşlər Nazirlərinin 1992-ci ildə İstanbulda ke­çirilmiş V fövqəladə iclasının prinsipial mövqeyini yada salaraq, həmçinin İKT Xarici İşlər Nazirlərinin BMT qərar­ga­hın­da keçiril­miş əlaqələndirmə iclasının son rəsmi məluma­tı­nın müvafiq bəndlərini yada sa­laraq,

qonşu ölkələrin və regional dövlətlərin, xüsusilə İran və Tür­kiyənin, Qarabağ məsələsini sülh yolu ilə həll edilməsi is­ti­qa­mə­tində göstərdiyi cəhdləri nəzərə alaraq,

ermənilərin son təcavüzünün beynəlxalq sülh və təhlükə­siz­lik üçün təh­lü­kə yaratdığını dərk edərək,

bu yeni hərbi hücumun ATƏM çərçivəsində aparılan sülh pro­se­sinə dağıdıcı təsir göstərə biləcəyindən xəbərdar olaraq,

Baş Katibin bu məsələ üzrə məruzəsini yüksək qiymət­lən­di­rərək:

1. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəs­kin şəkildə pisləyir;

2. Erməni qüvvələrinin işğal edilmiş Azərbaycan əra­zi­lə­rin­dən təcili çıxarılmasına və Azərbaycan Respublikasının suve­ren­liyinə və ərazi bütöv­lü­yü­nə hörmət bəsləməyi Ermənistandan cid­di surətdə tələb edir;

3. Qarabağ məsələsini dövlətlərin ərazi bütövlüyünün və bey­nəl­xalq ictimaiy­yət tərəfindən tanınmış sərhədlərin toxu­nul­maz­lı­ğı prinsiplərinə hör­mət əsasında ədalətlə və sülh yolu ilə həll et­məyə çağırır;

4. Həm Ermənistanın, həm də Azərbaycanın əməli surətdə hə­ya­ta keçi­ri­lən ATƏM sülh prosesində konstruktiv mövqe tutma­la­rı­nı tələb edir və məsə­lə­nin sülh yolu ilə həllini çətinləşdirə bi­lə­cək hər bir əməldən çəkinməyi tə­ləb edir;

5. Azərbaycan hökumətinin və xalqının öz ölkəsinin müda­fiə­si üçün et­di­yi cəhdlərlə tam həmrəy olduğunu bir daha təsdiq edir;

6. Yaşayış yerlərini tərk edənlərin öz evlərinə təhlükəsiz, hör­mət və qay­ğı ilə qayıtmalarını asanlaşdırmağa çağırır;

7. Üzv olan ölkələr İslam İnkişaf Bankından və digər İs­lam təsi­sat­la­rından Azərbaycan Respublikasına təcili maliyyə yar­dı­mı və humanitar yar­dım göstərməyi xahiş edirlər;

8. BMT Baş Katibindən və Təhlükəsizlik Şurasının səd­rin­dən Təhlükəsizlik Şurasında Ermənistanın təcavüzünü pisləyən və Azərbaycanın işğal edil­miş bütün torpaqlarından erməni qüv­və­lə­rinin çıxarılmasını tələb edən qət­namə qəbul olunması üçün bü­tün səlahiyyətlərdən istifadə etməyi xahiş edir;

9. Baş  Katibdən  bu  qətnamənin  yerinə  yetirilməsinə  nə­za­rət etməyi və İKT Xarici İşlər Nazirlərinin XXII konf­ran­sında bu haqda məruzə etməyi xa­hiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

 

 

 

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR