Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dövlət Başçılarının Zirvə Toplantısı

İslam Konfransı Təşkİlatı ölkələrİnİn Dövlət başçılarının VII Zİrvə Toplantısı Ermənİstan və Azərbaycan arasında münaqİşə üzrə QƏTNAMƏ - Kasablanka, 13-14 dekabr 1994-cü İl

İslam Konfransı Təşkilatı ölkələrinin Dövlət başçılarının

VII Zirvə Toplantısı

Ermənistan və Azərbaycan arasında  münaqişə üzrə

QƏTNAMƏ

 

Kasablanka, 13-14 dekabr 1994-cü il

 

İKT ölkələrinin Dövlət Başçılarının Mərakeş Krallı­ğı­­nın Kasa­blan­ka şəhərində hicri tarixi ilə 1415-ci il rəcəb ayı­nın 11-12-də, miladi ta­ri­xi ilə 1994-cü il dekabrın 13-14-də keçi­ri­­lən VII Zirvə Toplantısı

İKT Bəyannaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qar­şı təcavüzü nəticəsində hərbi münaqişənin kəskinləşməsi və Azər­baycan ərazisinin 20%-dən artığının işğalından dərindən na­ra­hat olaraq;

Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azər­bay­­can­lının qaçqı­n vəziyyətinə düşməsi  və humanitar problemlərin dö­zülməz­li­yi ilə təsirlənərək;

1992-ci ilin iyun ayında İstanbulda keçirilmiş V və 1994-cü ilin sentyabrında İslamabadda keçirilən İKT Xarici İşlər Nazir­lə­rinin VII föv­qəladə Konfransının prinsipial mövqeyini yada salaraq;

1993-cü il aprelin 25-29-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin XXI Konfransında qəbul edilən qətnamənin müddəalarını bir daha təsdiq edərək;

həmçinin BMT-nin 23 sentyabr 1992-ci ildə və 3 oktyabr 1994­-­cü ildə keçi­rilmiş İKT Xarici İşlər Nazirlərinin koor­di­na­siya iclasının yekun sə­nəd­lərinin müvafiq bəndlərini yada sa­la­raq;

qonşu ölkələr və regional dövlətlərin, xüsusilə İran və Tür­kiyənin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamə­tin­də etdikləri cəhdləri nəzərə alaraq;

Ermənistan Respublikasının təcavüzünün beynəlxalq sülh və təhlükə­siz­lik üçün maneə yaratdığını dərk edərək;

BMT Nizamnaməsinin və Təhlükəsizlik Şurasının müvafiq qət­namə­lə­ri­nin dönmədən yerinə yetirilməsini bir daha təsdiq edə­rək;

Ermənistan Respublikasının davam edən təcavüzkar siya­sə­ti­nin ATƏM çər­çivəsində aparılan sülh prosesinə dağıdıcı təsir edə biləcəyindən xə­bərdar olaraq:

1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qar­­­şı təcavüzünü kəskin şəkildə pisləyir;

2. Təcavüz nəticəsində Azərbaycan ərazisində mülki Azər­bay­can vətəndaşla­rına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı tö­rə­dilən cinayət kimi qiymətləndirir;

3. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 say­lı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan Res­publikası silahlı qüv­və­lərinin işğal edilmiş bütün Azərbaycan əra­zisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tama­mi­lə və şərtsiz çıxarılmasını qəti surətdə tə­ləb edir. Ermənis­tan­dan Azərbaycan Respublikasının suverenliyi və ərazi bü­töv­lüyünə hörmət bəsləməsini tələb edir;

4. Təhlükəsizlik Şurası tərəfindən Azərbaycana qarşı edi­lən təcavüzün etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uy­­ğun olaraq, öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımların atılmasına; Azər­baycan Respub­li­ka­sının su­verenliyi və ərazi bütövlüyünə qarşı olan təca­vü­zü pisləyərək, tə­ca­vüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT ilə koordinasiya­lı fəaliyyətdə olmağı qərara alır;

5. Bir daha təsdiq edir ki, ərazinin zor işlətməklə əldə edil­məsi tanına bilməz;

6. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlət­lə­rin ərazi bütövlüyü və beynəlxalq aləmdə tanınmış sərhədlərin pozul­maz­lı­ğı prinsiplərinə hör­mət əsasında ədalətlə və sülh yolu ilə həl­li­nə çağırır;

7. Həm Ermənistan, həm də Azərbaycandan ATƏM-in sülh pro­se­sində iştirak etməsi və problemin sülh yolu ilə həllini çə­tin­ləşdirə biləcək hər bir əməl­dən çəkinməsini tələb edir;

8. Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam həm­rəy olduğunu bir daha təs­diq edir;

9. Yaşayış yerlərini tərk etmişlərin öz evlərinə təhlü­kə­siz, hörmət və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır;

10. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaç­qın və köçkü­nün olması ilə əlaqədar humanitar vəziyyətin kəs­kin­ləş­məsindən təşviş keçirir və üzv ölkələr, İslam İnkişaf Bankı və digər İslam institutlarından Azərbaycan Respublikasına təcili ma­liyyə və humanitar yardım etmələrini xahiş edir;

11. Baş Katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu ba­rə­də İKT Xarici İşlər Nazirlərinin XXIII konfransına mə­ruzə təqdim etmə­si­ni xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR