DSX: Dövlət sərhədİndə döyüş mövqelərİmİzə qarşı düşmən tərəfİnİn təxrİbatları davam edİr
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər¬həd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 28–də saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.