Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycan Dağlıq Qarabağda fİlm çəkİlİşlərİnə etİraz olaraq Rusİyaya müracİət edəcək

Azərbaycan Mədəniyyət Nazirliyi erməni və rusiyalı kinorejissorların işğal altındakı Dağlıq Qarabağda film çəkilişlərinə etiraz olaraq Rusiya Mədəniyyət Nazirliyinə müraciət edəcək. 

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.

O qeyd edib ki, hazırda Mədəniyyət Nazirliyinin müraciəti hazırlanır və müraciət yaxın günlərdə Rusiya Mədəniyyət Nazirliyinə göndəriləcək. 

 

Xatırladaq ki, erməni kinorejissor Robert Def və rusiyalı kinorejissor Rano Kubayeva işğal altındakı Dağlıq Qarabağda “Valter” adlı film çəkməyə hazırlaşırlar. Filmdə məşhur fransalı aktyor Bibi Naseri də rol alacaq. Artıq məsələ ilə bağlı Moskvanın Azərbaycan İcması Rusiyanın Mədəniyyət naziri Vladimir Medinskiyə müraciət edib.

Mirmehdi Ağaoğlu

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR