Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Avropa Azərbaycanlıları Konqresİ Ermənİstanın baş nazİrİnİn çıxışı İlə bağlı etİraz bəyanatı yayıb

Bakı, 8 avqust, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresi və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları Ermənistanın qanunsuz olaraq avqustun 5-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nı təşkil etməsini və baş nazir Nikol Paşinyanın həmin tədbirin açılışında bəyanat verərək “Qarabağ – Ermənistandır” söyləməsini şiddətli şəkildə pisləyir və Ermənistan tərəfinin bu cür təcavüzkar bəyanatlar səsləndirilməsinə son qoymalı olduğunu bildirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının bəyanatında Ermənistan rəhbərliyindən BMT-nin 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qərarlarının qeyd-şərtsiz və dərhal yerinə yetirilməsi tələb olunur.

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa İttifaqına, Avropa Şurasına və ATƏT-ə göndərilib.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR