Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xarici İşlər Nazirlərinin Konfransı

İslam Konfransı Təşkİlatı Xa­rİ­cİ İşlər Nazİrlərİnİn XXIV konfransı Ermənİstan Respublİkasının Azərbaycan Respublİkasına qarşı təcavüzü haqqında Q Ə T N A M Ə - Cakarta, 9-13 dekabr 1996-cı İl

İslam Konfransı Təşkilatı  Xa­ri­ci  İşlər Nazirlərinin  XXIV konfransı

Ermənistan Respublikasının Azərbaycan

Respublikasına qarşı təcavüzü haqqında

Q Ə T N A M Ə

 

Cakarta, 9-13 dekabr 1996-cı il

 

            İKT Xarici İşlər Nazirlərinin İndoneziya Respubli­kası­nın Cakarta şəhərində hicri tarixi ilə 1417-ci il rəcəb ayının 28-dən şaban ayının 3-dək, mi­ladi tarixi ilə 1996-cı il 9-13 de­kabr­da keçirilən XXIV konfransı

            İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

            Ermənistan Respublikasının Azərbaycan Respublikasına qar­şı təcavüzü nəti­cəsində Azərbaycan ərazisinin 20%-indən artı­ğı­nın işğalından dərin na­rahat olaraq;

            Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azər­bay­canlı qaç­qı­nın aqibəti və humanitar problemlərin böyük həc­min­dən təsirlənərək;

            ötən konfransların bütün müvafiq qətnamələrinə, xüsusilə Mə­rakeş Krallığının Kasablanka şəhərində 11-12 rəcəb 1415-ci (13-14 dekabr 1994-cü) il­də keçirilmiş VII Zirvə konfransının qət­na­məsinə istinad edərək;

            BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətna­mə­lə­rinə ciddi surətdə əməl edilməsinə çağıraraq;

            münaqişənin həlli üzrə edilən bütün diplomatik və digər səy­ləri alqışlayaraq;

            bütün üzv dövlətlərin Azərbaycan Respublikasının ərazi bü­töv­lüyünə və su­verenliyinə ehtiramını bir daha təsdiq edərək;

            Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siya­sə­tin ATƏT çər­çivəsində aparılan sülh prosesinə dağıdıcı təsi­ri­ni dərk edərək:

            1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qar­şı təcavüzünü kəskin şəkildə pisləyir;

            2. Təcavüz nəticəsində işğal edilmiş Azərbaycan ərazisində mül­ki Azərbay­can vətəndaşlarına qarşı edilən hərəkətləri bəşə­riy­yətə qarşı cinayət ki­mi qiymətləndirir;

3. İşğal edilmiş Azərbaycan ərazisində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir;

            4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qət­na­­mə­lə­ri­nin dönmədən yerinə yetirilməsini, Ermənistan silahlı qüv­vələrinin işğal edil­miş bütün Azərbaycan ərazisindən, o cüm­lə­dən Laçın və Şuşa rayonla­rın­dan dərhal, tamamilə və şərtsiz çıxa­rıl­masını qəti surətdə tələb edir. Ermə­nis­tanı ciddi surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bü­töv­lüyünə hörmət et­məyə dəvət edir;

            5. Təhlükəsizlik Şurası qətnamələrinin müddəalarının Er­mə­­nistan tərəfindən yerinə yetirilməməsindən narahat olduğunu bil­dirir;

            6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tə­rəfindən etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci fəslinə uy­ğun olaraq, öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımların atılmasına; Azərbaycan Respublikasının su­verenliyi və ərazi bütövlüyünə qarşı olan tə­ca­vü­zü pisləyərək, tə­ca­vüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT ilə koordinasiya­lı fəaliyyətdə olmağı qərara alır;

            7. Bütün üzv dövlətləri Azərbaycan ərazisinin işğalını da­vam etdirməyə təşviq edən Ermənistana silah və hərbi sursat təqdim et­məkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu ki­mi yüklərin tranziti üçün istifadə edilməməlidir;

            8. Ermənistanın təcavüzə və Azərbaycan torpaqlarının işğa­lı­na son qoyması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin di­gər dövlətlərinə müraciət edərək, hər cür təsirli iqtisadi və si­ya­si tədbirlərdən istifadə etməyə çağırır;

            9. Ermənistan və Azərbaycan arasındakı münaqişəni dövlət­lə­rin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxu­nul­maz­lığı prinsiplərinə eh­tiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır;

            10. Ermənistanı, Azərbaycanı və Minsk Qrupuna daxil olan bü­tün üzv dövlət­ləri ATƏT-in sülh prosesində prinsipial surətdə iş­tirak etməyə və prob­le­min sülh yolu ilə həllini çətinləşdirə bi­ləcək hər cür əməldən çəkinməyə ça­ğırır;

            11. Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi  üçün etdiyi cəhd­ləri bütünlüklə dəstəklədiyini  və onlarla tam şə­kil­də həmrəy olduğunu bir daha təsdiq edir;

            12. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hör­mət və şərəflə dönmələri üçün imkan yaratmağa çağırır;

            13. Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv döv­lət­lə­rə öz təşəkürünü bildirir. Digər dövlətləri onlara yar­dım göstərməyə çağırır;

            14. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaç­qın və köçkü­nün qarşılaşdığı kəskin humanitar vəziyyətlə əla­qə­dar narahat olduğunu bildi­rir və üzv dövlətlər, İslam İnkişaf Ban­kı və digər İslam institutlarından Azərbaycan Respublikasına tə­ci­li maliyyə və humanitar yardım təqdim etmə­lə­ri­ni xahiş edir;

            15. Hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın müqabilini al­maq hüququ­na malikdir və Ermənistan bu ziyanın müqabilini ödəmək üz­rə tam məsuliyyət da­şıyır;

            16. İKT-yə üzv dövlətlərin bu haqda mövqeyini ATƏT-in in­di­ki sədrinə bil­dirməsini Baş Katibdən xahiş edir;

17. Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəza­rət və bu haqda İKT Xarici İşlər Nazirlərinin 25-ci konfran­sın­da məruzə etməsini xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR