Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dövlət Başçılarının Zirvə Toplantısı

İslam Konfransı Təşkİlatı ölkələrİnİn Dövlət başçılarının VIII Zİrvə Toplantısı Ermənİstan Respublİkasının Azərbaycan Respublİkasına təcavüzünə daİr Q ƏT N A M Ə - Tehran, 9-11 dekabr 1997-cİ İl

İslam Konfransı Təşkilatı ölkələrinin Dövlət başçılarının

VIII Zirvə Toplantısı

Ermənistan Respublikasının Azərbaycan

Respublikasına təcavüzünə dair

Q ƏT N A M Ə

 

Tehran, 9-11 dekabr 1997-ci il

 

İKT-nin Tehranda, İran İslam Respublikasında hicri tarixi ilə 1418-i il şaban ayının 9-11–də (miladi tarixi ilə 9-11 dekabr 1997-ci il) keçirilmiş VIII Zirvə Toplantısı,

İKT  Nizamnaməsinin  məqəd  və  prinsiplərindən  çıxış  edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı apardığı və Azərbaycan ərazisinin 20%-dən çoxunun işğal olunması ilə nəticələnən təcavüzdən dərin narahat olaraq;

Erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkünlərin aqibəti və humanitar problemlərin böyük həcmindən dərin təəssüf hissini bildirərək;

Ötən konfransların müvafiq bütün qətnamələrini, xüsusilə Mərakeş Krallığının Kasablanka şəhərində 1415-ci il rəcəb ayının 11-12-də (13-14 dekabr 1994-cü il)  keçirilmiş İKT-nin VII Zirvə Konfransının Qətnaməsini yenidən təsdiq edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratdığını dərk edərək;

BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi surətdə əməl edilməsinə çağıraraq;

Münaqişənin həlli istiqamətində aparılan bütün diplomatik və digər səyləri alqışlayaraq;

 Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və onun siyasi müstəqilliyinə bütün üzv dövlətlərin ehtiramını bir daha təsdiq edərək;

Ərazilərin güc tətbiq etməklə işğalının tanınmamasını bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siyasətini ATƏT çərçivəsində aparılan hazırki sülh prosesinə dağıdıcı təsirindən xəbərdar olaraq:

  1. Ermənistan Respublikasının Azərbaycan Republikasına qarşı təcavüzünü pisləyir.
  2. İşğal edilmiş Azərbaycan ərazilərində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət hesab edir.
  3. İşğal edilmiş Azərbaycan ərazilərində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir.
  4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal, qeyd-şərtsiz və ciddi şəkildə yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən,  o cümlədən Laçın və Şuşa rayonlarından tamamilə çıxarılmasını qəti surətdə tələb edir və Ermənistanı Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət etməyə çağırır.
  5. Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsindən narahat olduğunu bildirir.
  6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfindən etiraf edilməsinə;  BMT Nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq,  Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımların atılmasına;  Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək,  təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT ilə koordinasiyalı fəaliyyət göstərməyi qərara alır.
  7. Bütün üzv dövlətləri Ermənistana -  təcavüzkarı münaqişəni şiddətləndirməyə və Azərbaycan ərazisinin işğalını davam etdirməyə təşviq edən, silahlı və hərbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir.
  8. Ermənistanın təcavüzünə və Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinə müraciət edərək, hər cür təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır.
  9. Ermənistan və Azərbayan arasındakı münaqişəni dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır.

10.Ermənistanı, Azərbaycanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri ATƏT-in hazırkı sülh prosesində prinsipial surətdə iştirak etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır.

11.Azərbaycan Hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təsdiq edir.

12.Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaradılmasına çağırır.

13.Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə öz təşəkkürünü bildirir və digər dövlətləri onlara yardım göstərməyə çağırır.

14.Azərbaycan Respublikasın ərazisində 1 milyondan artıq qaçqın və köçkünlərin qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlər, İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım göstərmələrini xahiş edir.

15.Hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın müqabilini almaq hüququna malikdir və Ermənistan bu ziyanın müqabilini ödəmək üçün tam məsuliyyət daşıyır.

16.İKT-yə üzv dövlətlərin bu problemlə əlaqədar mövqeyini ATƏT -in Hazırkı Sədrinə bildirməsinə dair Baş Katibin göstərdiyi səyləri alqışlayır.

Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət edilməsinə və bu haqda İKT Xarici işlər nazirlərinin gələcək konfransına və İKT-nin gələcək Zirvə Toplantısına məruzə etməsini xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR