Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Dövlət Başçılarının Zirvə Toplantısı

İslam Konfransı Təşkİlatı ölkələrİnİn Dövlət başçılarının VIII Zİrvə Toplantısı Azərbaycan Respublİkasına İqtİsadİ yardım haqqında QƏTNAMƏ - Tehran, 9-11 dekabr 1997-cİ İl

 

İslam Konfransı Təşkilatı ölkələrinin Dövlət başçılarının

VIII Zirvə Toplantısı

Azərbaycan Respublikasına iqtisadi yardım haqqında

QƏTNAMƏ

 

Tehran, 9-11 dekabr 1997-ci il

 

İKT-nin Tehranda, İran İslam Respublikasında 1418-ci il şaban ayının   9-11-də (miladi tarix isə 9-11 dekabr 1997-ci il) keçirilmiş VIII Zirvə Toplantısını,

İKT xarici işlər nazirlərinin XXIV Zirvə Toplantısında qəbul edilmiş 18/24 E  saylı Qətnaməsini xatırlayaraq;

İKT-yə üzv ölkələrin Azərbaycan xalqı və Hökuməti ilə ölkə tarixində bu çətin və çox böhranlı bir vaxtda tam həmrəyliyini təsdiq edərək;

Həmin münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq;

Azərbaycan Dağlıq Qarabağ bölgəsində Azərbaycan ərazisinin təxminən 20%-nin işğal edilməsi və amansız hücum nəticəsində öz evlərindən qaçmağa məcbur olmuş 1 milyona qədər azərbaycanlının zorakılıqla qovulması və bu təcavüz nəticəsində insan hüquqlarının pozulması ilə müşayət edilən Ermənistan hərbi əməliyyatlarını pisləyərək;

İKT-yə üzv ölkələrin Azərbaycan xalqı və hökuməti ilə həmrəyliyin daha konkret ifadəsinin zəruriliyini qəbul edərək;

İKT-yə üzv ölkələrinin və müvafiq təşkilatlarının, BMT institutlarını və beynəlxalq təşkilatlar tərəfindən göstərilən yardımı qiymətləndirərək və alqışlayaraq;

İqtisadi,mədəni və sosial məsələlər üzrə 20-ci islam komissiyasının tövsiyələrini nəzərə alaraq;

1.Bütün üzv dövlətlərə və islam institutlarına Azərbaycan hökumətinə Azərbaycan xalqının çəkdiyi əziyyətləri yüngülləşdirmək məqsədi ilə lazımi iqtisadi və humanitar yardım göstərmək çağırışı ilə müraciət edir;

2.Beynəlxalq təşkilatları təcili olaraq Azərbaycana humanitar və maliyyə yardımı göstərməyə çağırır;

3. Baş Katibdən bu məsələni izləməyi və Xarici işlər nazirlərinin növbəti konfransında baxılması üçün onunla əlaqədar məruzə təqdim etməyi xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR