Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xarici İşlər Nazirlərinin Konfransı

İslam Konfransı Təşkİlatı Xarİcİ İşlər nazİrlərİnİn XXV konfransı Ermənİstan Respublİkasının Azərbaycan Respublİkasına qarşı təcavüzünə daİr Q Ə T N A M Ə - Doha, 15-17 mart 1998-cİ İl

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXV konfransı

Ermənistan Respublikasının Azərbaycan Respublikasına

qarşı təcavüzünə dair

Q Ə T N A M Ə

 

Doha, 15-17 mart 1998-ci il

 

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin (İslam Ümməti xalqlarının xoş gələcəyi naminə Konfrans) Dohada, Qətər Dövlətində hicri tarixi ilə 1418-ci il zülqədə ayının 17-19-da (miladi tarixi ilə 15-17 mart 1998-ci il) keçirilmiş XXV Konfransı,

İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı apardığı və Azərbaycan ərazisinin 20%-dən çoxunun işğal olunması ilə nəticələnən təcavüzündən dərin narahat olduğunu ifadə edərək;

Erməni təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkünlərin aqibəti və humanitar problemlərin artmasından və onların böyük həcminə dərin təəssüf hissini bildirərək;

Ötən konfransların müvafiq bütün qətnamələrini, xüsusilə də İKT-nin Tehranda, İran İslam Respublikasında 1418-ci il şaban ayının 9-11-də (9-11 dekabr 1997-ci il) keçirilmiş VIII Zirvə Toplantısının N12/8-R(IS) saylı Qətnaməsini yenidən təsdiq edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratdığını dərk edərək;

BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinin tam şəkildə icrasına ciddi surətdə əməl edilməsinə çağıraraq;

Münaqişənin həlli istiqamətində aparılan bütün diplomatik və digər səyləri alqışlayaraq;

Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və onun siyasi müstəqilliyinə bütün üzv dövlətlərin ehtiramını bir daha təsdiq edərək;

Ərazilərin güc tətbiq etməklə işğalının tanınmamasını bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siyasətin ATƏT çərçivəsində aparılan hazırkı sülh prosesinə pozucu təsirindən xəbərdar olaraq;

Baş Katibin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair məruzəsini (sənəd No ICFM/25-98/PILI/D/6) nəzərə alaraq;

1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir.

2. İşğal edilmiş Azərbaycan ərazilərində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət hesab edir.

3. İşğal edilmiş Azərbaycan ərazilərində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir.

4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal, qeyd-şərtsiz və ciddi şəkildə yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından tamamilə çıxarılmasını qəti surətdə tələb edir və Ermənistanı Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət etməyə çağırır.

5. Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarının Ermənistanın yerinə yetirməməsindən narahat olduğunu bildirir.

6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfindən etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımların atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək, təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT ilə koordinasiyalı fəaliyyət göstərməyi qərara alır.

7. Bütün üzv dövlətləri Ermənistana – təcavüzkarı münaqişəni şiddətləndirməyə və Azərbaycan ərazisinin işğalını davam etdirməyə təşviq edən, silah və hərbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir.

8. Ermənistanın təcavüzünə və Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinə müraciət edərək, hər cür təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır.

9. Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır.

10. Ermənistanı, Azərbaycanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏM-in    24 mart 1992-ci ildə keçirilmiş Birinci Əlavə Görüşündə, ATƏM-in 5-6 dekabr 1994-cü ildə keçirilmiş Sammitində, ATƏT-in 2-3 dekabr 1996-cı ildə keçirilmiş Sammitində və ATƏT-in 18-19 dekabr 1997-ci ildə keçirilmiş Nazirlər Şurasının Görüşündə məsələ ilə bağlı qəbul edilmiş qərar və sənədlər əsasında ATƏT-in hazırkı sülh prosesində prinsipial surətdə iştirak etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır.

11. ATƏT-in fəaliyyətdə olan sədrinin 1996-cı ildə Lissabon Sammitində Ermənistan-Azərbaycan silahlı münaqişəsinin həlli ilə bağlı bəyanatındakı, Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində özünüidarəetmənin yüksək statusu, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinin təminatına dair              3 prinsipi tam şəkildə dəstəklədiyini bildirir.

12. Minsk Konfransının həmsədrlərinin Ermənistan-Azərbaycan hərbi münaqişəsinin mərhələlərlə həllinə dair təkliflərini ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar üçün əsas hesab edir və bu addımı Azərbaycan Respublikasına qarşı təcavüzün ciddi nəticələrinin dərhal aradan qaldırılmasının təminatçısı hesab edir.

13. Azərbaycan hökuməti və xalqının ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təsdiq edir.

14. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələri üçün imkan yaradılmasına çağırır.

15. Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə öz təşəkkürünü bildirir və digər dövlətləri onlara yardım göstərməyə çağırır.

16. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünlərin qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlər, İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardım göstərmələrini xahiş edir.

17. Hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın müqabilini almaq hüququna malikdir və Ermənistan bu ziyanın müqabilini ödəmək üçün tam məsuliyyət daşıyır.

18. Baş Katibdən İKT-yə üzv dövlətlərin bu problemlə bağlı mövqeyini ATƏT-in Hazırkı Sədrinə bildirməyi xahiş edir.

19. Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət edilməsini və bu barədə İKT Xarici işlər nazirlərinin XXVI Konfransına məruzə etməsini xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR