İslam Konfransı Təşkİlatı Xarİcİ İşlər nazİrlərİnİn XXV konfransı Azərbaycan Respublİkasına İqtİsadİ yardım haqqında QƏTNAMƏ - Doha, 15-17 mart 1998-cİ İl
İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXV konfransı
Azərbaycan Respublikasına iqtisadi yardım haqqında
QƏTNAMƏ
Doha, 15-17 mart 1998-ci il
İKT Xarici işlər nazirlərinin (İslam Ümməti xalqlarının xoş gələcəyi naminə Konfrans) Dohada,Qətər Dövlətində 1418-ci il zülqədə ayınin 17-21-də (miladi tarixi ilə 15-19 mart 1998-ci il) keçirilmiş XXV Toplantısı,
İKT-nin Tehranda keçirilmiş VIII Zirvə Toplantısının 18/8-E (IS) saylı Qətnaməsini qeyd edərək;
İKT Xarici işlər nazirlərinin XXIV Konfransının 18/24-E saylı Qatnaməsini qeyd edərək;
İKT-yə üzv ölkələrin Azərbaycan xalqı və Höküməti ilə ölkə tarixində bu çətin və çox böhranlı bir vaxtda tam həmrəyliyini təsdiq edərək;
Həmin münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq;
Azərbaycan Dağlıq Qarabağ bölgəsində Azərbaycan ərazisinin təxminən 20%-nin işğal edilməsi və amansız hücum nəticəsində öz evlərindən qaçmağa məcbur olmuş 1 milyona qədər azərbaycanlının zorakılıqla qovulması və bu təcavüz nəticəsində insan hüquqlarının pozulması ilə müşaiyət edilən Ermənistan hərbi əməliyyatlarını pisləyərək;
İKT-yə üzv ölkələrin Azərbaycan xalqı və Hökuməti ilə həmrəyliyin daha konkret ifadəsinin zəruriliyini qəbul edərək;
İKT-yə üzv ölkələrinin və müvafiq təşkilatlarının, BMT institutlarını və beynəlxalq təşkilatlar tərəfindən göstərilən yardımı qiymətləndirərək və alqışlayaraq;
İqtisadi,mədəni və sosial məsələlər üzrə 20-ci islam komissiyasının tövsiyələrini nəzərə alaraq;
Həmçinin Baş Katibin məruzəsini nəzərə alıb;
1.Bütün üzv dövlətlərə və islam institutlarına Azərbaycan hökumətinə Azərbaycan xalqının çəkdiyi əziyyətləri yüngülləşdirmək məqsədi ilə lazımi iqtisadi və humanitar yardım göstərmək çağırışı ilə müraciət edir;
2.Beynəlxalq təşkilatları təcili olaraq Azərbaycana humanitar və maliyyə yardımı göstərməyə çağırır;
3. Baş Katibdən bu məsələni izləməyi və Xarici işlər nazirlərinin növbəti konfransına məsələ ilə bağlı məruzə təqdim etməyi xahiş edir.
Mənbə: Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). Ensiklopedik nəşr. Bakı, 2012, 912 s.