Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xarici İşlər Nazirlərinin Konfransı

İslam Konfransı Təşkİlatı Xarİcİ İşlər nazİrlərİnİn XXVII Konfransı Ermənİstan Respublİkasının təcavüzü nətİcəsİndə Azərbaycan Respublİkasının İşğal olunmuş ərazİlərİndə İslam tarİxİ və mədənİyyət abİdələrİnİn məhv edİlməsİ və dağıdılması haqqında QƏTNAMƏ - Kuala-Lumpur, 27-30 İyun 2000-cİ İl

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXVII Konfransı

Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında

QƏTNAMƏ

 

Kuala-Lumpur, 27-30 iyun 2000-ci il

 

İslam Konfransı Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin     27-30 iyun 2000-ci ildə Malayziyada, Kuala-Lumpurda keçirilmiş XXVII Konfransı:

İslam irsinin qorunması və müdafiəsinə dair İslam Konfransı Təşkilatının (İKT) Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının, etnoqrafiyasının və arxitekturasının, Azərbaycanın və onun xalqının tarixinin ayrılmaz hissəsi kimi İslam irsinin mənbələrindən biri olduğunu dərk edərək;

BMT-nin Təhlükəsizlik Şurasının Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını, Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini israrla tələbi barədə 822, 853, 874 və 884 saylı qətnamələrini təsdiq edərək;

Habelə, Ermənistanla Azərbaycan arasında münaqişəyə dair Kasablankada (Mərakeş Krallığı, 13-14 dekabr 1994-cü il) İslam Konfransı Təşkilatı Dövlət və Hökumət Başçılarının VII Konfransının P-22 saylı qətnaməsini, eyni zamanda Tehranda keçirilən İslam Konfransı Təşkilatı Dövlət və Hökumət Başçılarının VIII Konfransının Ermənistanın Azərbaycan Respublikasına təcavüzü barədə 12/ 8-P (İS) qətnaməsini (İİR, 9-11 dekabr 1997-ci il) və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcraiyyə Şurasının XIV sessiyasının erməni təcavüzü nəticəsində Azərbaycanın işğal edilmış ərazisində məscidlərin, təhsil və mədəniyyət müəssisələrinin dağıdılması haqqında qətnaməsini təsdiqləyərək;

Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbaycanda məscidlərin və digər islam məbədlərinin tam və vəhşiliklə dağıdılmasının vandalizm aktı olduğunu bəyan edərək;

Ümumi İslam mədəni irsinin qorunması istiqamətində birgə razılaşdırılmış fəaliyyəti nəzərdə tutan siyasətin aparılmasının vacibliyini dərk edərək;

Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən İslam irsinə vurulmuş böyük zərərlərin, İslam mədəniyyətinə aid misilsiz abidələrin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və əlyazmaların çıxarılması və məhv edilməsi faktlarını nəzərə alaraq;

Bu məsələyə dair İslam Konfransı Təşkilatı Baş Katibinin hesabatını nəzərdən keçirərək;

1.Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində islam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir.

2.Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb edir.

3.Bununla bağlı Azərbaycan hökuməti və xalqının narahatlıq və həyacanını tam bölüşdürür, onun hərbi təcavüzün dayandırılması və nəticələrinin aradan qaldırılmasına yönəlmiş səylərini dəstəkləyir, həmçinin, hərbi münaqişələr baş verdiyi zaman dövlətlərin işğal olunmuş ərazilərdən mədəni dəyərlərin çıxarılmasının qarşısını almaq barədə öz üzərinə götürdükləri öhdəliklərini nəzərdə tutan “Hərbi münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasının müddəalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar çərçivəsində səylərini dəstəklədiyini ifadə edir.

Dövlətlər habelə mədəni dəyərlərin hər hansı şəkildə oğurlanması, talan edilməsi və ya onların qanunsuz mənimsənilməsini, eyni zamanda həmin dəyərlərə qarşı hər hansı vandalizm aktlarını qadağan etmək və belə hərəkətlərin qarşısını almaq, lazım gəldikdə isə aradan qaldırmağı öz üzərinə götürmüşlər. Onlar digər dövlətlərin ərazisində yerləşən səyyar mədəni dəyərlərin müsadirəsini qadağan edirlər.

4. Aldığı zərərlərə görə Azərbaycanın təminat almaq hüququnun olduğunu və bu zərərin ödənilməsi üçün Ermənistan Respublikasının tam məsuliyyət daşıdığını hesab edir.

5. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisaslaşdırılmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır.

6.Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsini İKT Baş Katibliyindən xahiş edir.

7. İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin XXVIII Konfransına bu haqda məruzə təqdim etməsini Baş Katibdən xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR