Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xarici İşlər Nazirlərinin Konfransı

İslam Konfransı Təşkİlatı Xarİcİ İşlər nazİrlərİnİn XXX konfransı Azərbaycan Respublİkasına İqtİsadİ yardım haqqında QƏTNAMƏ - Tehran, 28-30 may 2003-cü İl

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXX konfransı
Azərbaycan Respublikasına İqtisadi yardım haqqında

QƏTNAMƏ*

 

Tehran, 28-30 may 2003-cü il


            İKT Xarici işlər nazirlərinin İran İslam Respublikasının Tehran şəhərində 27-29 rabi-ul avval 1424-cü hicri il (28-30 may 2003-cü ilə müvafiqdir) tarixində keçirilmiş XXX (Həmrəylik və Ləyaqət) Toplantısı  İKT Dövlət və Hökumət başçılarının IX Zirvə Konfransının qəbul etdiyi 21/9-E (S) saylı qətnaməsini xatırlayaraq;

Eləcə də İKT Xarici işlər nazirlərinin XXIX Toplantısının 21/29-E saylı qətnaməsini xatırlayaraq;

Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə tamamilə həmrəyliyini təsdiq edərək;

BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək;

Ermənistanın Azərbaycanın Yuxarı Qarabağ bölgəsində apardığı hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin təqribən 20 faizinin işğalı, həmçinin qəddarlıqla həyata keçirilən hücumlar nəticəsində 1 milyonadək azərbaycanlının öz doğma yurdlarından zorla qovulmağa məcbur edilməsi, eləcə də insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan bu təcavüz əməllərini pisləyərək;

İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək;

Bir sıra İKT-yə üzv dövlətlərin və müvafiq qurumların, BMT təsisatlarının və beynəlxalq təşkilatların təqdim etdiyi yardımı alqışlayaraq və qiymətləndirərək;

Eləcə də, Baş Katibin məruzəsini nəzərə alaraq:

1. Üzv dövlətləri və İslam qurumlarını Azərbaycan xalqının əzablarını yüngülləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır.

2. Beynəlxalq təşkilatları Azərbaycanı təcili maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.

3. İKT Xarici işlər nazirlərinin XXXI Toplantısına bu haqda məruzə təqdim etməsini Baş Katibdən xahiş edir. 

              --------------------------
         * Qətnamə (16/22-E) ilk dəfə İKT Xarici işlər nazirlərinin 1994-cü ildə Kasablankada keçirilmiş XXII Toplantısında və İKT Dövlət və Hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII Zirvə konfransında (16/7-E(İS)) qəbul edilmiş və o vaxtdan etibarən cüzi texniki dəyişikliklərlə İKT Xarici işlər nazirlərinin 1995-ci ildə Konakridə keçirilmiş XXIII Toplantısında (17/23-E), İKT Xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV Toplantısında (18/24-E), İKT Dövlət və Hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII Zirvə konfransında (18/8-E(İS)), İKT Xarici işlər nazirlərinin 1998-cı ildə Dohada keçirilmiş XXV Toplantısında (18/25-E), İKT Xarici işlər nazirlərinin 1999-cı ildə Uaqaduquda keçirilmiş XXVI Toplantısında (19/26-E), İKT Xarici işlər nazirlərinin 2000-cı ildə Kuala-Lumpurda keçirilmiş XXVII Toplantısında (20/27-E), İKT Dövlət və Hökumət başçılarının 2000-ci ildə Dohada keçirilmiş IX Zirvə konfransında (21/9-E(İS)), İKT Xarici işlər nazirlərinin 2001-ci ildə Bamakoda keçirilmiş XXVIII Toplantısında (21/28-E) və İKT Xarici işlər nazirlərinin 2002-ci ildə Xartumda keçirilmiş XXIX Toplantısında (21/29-E) qəbul edilmişdir

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR