Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycanın İşğal olunmuş ərazİlərİ İlə bağlı qətnamə layİhəsİ BMT Baş Assambleyasının 74-cü sessİyasının gündəlİyİnə salınıb

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM regionunda dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 74-cü sessiyasının ilkin gündəliyinə salınıb.

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sözügedən qətnamə layihələri Baş Assambleyanın 73-cü sessiyasında müzakirə olunmadığı üçün növbəti toplantının gündəliyinə müvafiq olaraq 38 və 32-ci bəndlər altında əlavə edilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyasının rəsmi açılış mərasimi sentyabrın 17-də Nyu-Yorkda baş tutacaq. Sentyabrın 24-dən 30-dək isə müzakirələr keçiriləcək. 

 

Zümrüd Paşkin

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR