Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Gürcüstan XİN: Dağlıq Qarabağda keçİrİlmİş qondarma “seçkİlərİ” tanımırıq

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən seçkilərlə bağlı bəyanat yayıb. 

APA-nın yerli bürosu xəbər verir ki, qurumun rəsmi internet saytında yerləşdirilən bəyanatda Gürcüstanın Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan suveren sərhədlərinə hörmət etdiyi bildirilib. 

"Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyən Gürcüstan XİN 8 sentyabr 2019-cu ildə Dağlıq Qarabağda keçirilmiş qondarma "yerli özünüidarəetmə seçkilərini" tanımır. Gürcüstan XİN beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq və beynəlxalq birliyin iştirakı ilə münaqişənin sülh yolu ilə həllini dəstəkləyir", - deyə bəyanatda bildirilib.

 

Səid Babazadə

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR