Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xarici İşlər Nazirlərinin Konfransı

İslam Konfransı Təşkİlatı Xarİcİ İşlər nazİrlərİnİn XXXIV konfransı Ermənİstan Respublİkasının Azərbaycan Respublİkasına qarşı təcavüzü haqqında Q Ə T N A M Ə - Bakı, 19-21 İyun 2006-cı İl

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXXIV konfransı
Ermənistan Respublikasının Azərbaycan

Respublikasına qarşı təcavüzü haqqında

Q Ə T N A M Ə

   

Bakı, 19-21 iyun 2006-cı il

 

İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

20%-dək Azərbaycan ərazisinin işğalı ilə nəticələnmiş Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı həyata keçirilən təcavüzündən ciddi narahatlığını ifadə edərək;

Azərbaycan ərazisinin mühüm bir hissəsinin hələ də işğal altında olmasından və bu ərazilərin Ermənistan vətəndaşları ilə qeyri-qanuni şəkildə məskunlaşdırılmasından kəskin narahatlığını ifadə edərək;

Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyəti, humanitar problemlərin kəskinləşməsi və həcminin artması ilə əlaqədar dərin təəssüfünü bildirərək;

Ötən konfransların həmin problemlə əlaqədar bütün müvafiq qətnamələrini, xüsusilə 16-17 oktyabr 2003-cü il tarixində İKT X Zirvə Görüşündə qəbul olunmuş No.21/10-P(İS) saylı Qətnaməsini bir daha təsdiq edərək;

BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə ciddi surətdə əməl edilməsinə çağıraraq;

Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üzrə bütün diplomatik və digər səyləri alqışlayaraq;

Bütün üzv dövlətlərin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə ehtiramını bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkarlıq siyasətinin ATƏT çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsirini qeyd edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında İKT Baş Katibinin məruzəsini (OİC/ICFM-33/POL/SG-REP.7) nəzərə alaraq;

  1. Ermənistan   Respublikasının   Azərbaycan   Respublikasına   qarşı təcavüzünü kəskin şəkildə pisləyir.
  2. İşğal edilmiş Azərbaycan ərazilərində mülki azərbaycanlı sakinlərə qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir.
  3. İşğal edilmiş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir.
  4. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı
    qətnamələrinin ciddi şəkildə yerinə yetirilməsinə, erməni silahlı
    qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazilərindən, o cümlədən
    Dağlıq Qarabağ bölgəsindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasını qəti
    surətdə tələb edir, Ermənistanı Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ehtiramla yanaşmağa çağırır.
  5. Təhlükəsizlik    Şurasının    məlum    qətnamələrinin    müddəalarının Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsi ilə əlaqədar narahatlığını ifadə edir.
  6. Təhlükəsizlik Şurasını Azərbaycan Respublikasına qarşı təcavüz faktını tanımağa; BMT Nizamnaməsinin VII fəslinə uyğun
    olaraq, Təhlükəsizlik Şurası qətnamələrinin Ermənistan Respublikası tərəfindən yerinə yetirilməsini təmin etmək məqsədilə lazımi addımlar atmağa, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə  qarşı təcavüzün pislənməsinə və təcavüzə son qoyulmasına çağırır və bununla əlaqədar BMT-də əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsini qərara alır.
  7. Təcavüzkar tərəfindən münaqişənin şiddətləndirilməsinin və Azərbaycan ərazisinin  işğalının davam etdirilməsinin qarşısının alınması məqsədilə bütün  üzv dövlətləri Ermənistana silah və hərbi sursat təqdim etməkdən çəkinməyə çağırır. Üzv dövlətlərin ərazisi bu kimi təchizatların tranziti üçün istifadə edilməməlidir.

8.  Erməni təcavüzü və Azərbaycan ərazilərinin işğalına son qoyulması məqsədilə üzv dövlətləri və beynəlxalq birliyin digər dövlətlərini bütün effektiv siyasi və iqtisadi vasitələrdən istifadə etməyə çağırır.

9.  Ermənistan və Azərbaycan arasındakı münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığına ehtiram prinsipləri əsasında ədalətli şəkildə və sülh yolu ilə həll edilməsinə çağırır.

  1. Üzv dövlətlərin Nyu-Yorkda BMT yanında akkreditə olunmuş daimi nümayəndələrinin BMT Baş Assambleyasında Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar səsvermələr zamanı dəstək
    verilməsi barədə təlimatlandırılmasını qərara alır.
  2. Ermənistanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri BMT Təhlükəsizlik Şurasının bu haqda müvafiq qətnamələrinə və ATƏT-in 24 mart 1992-ci il tarixli Birinci Əlavə Görüşünün, ATƏT-in  5-6 dekabr 1994-cü il,  2-3 dekabr 1996-cı il Zirvə toplantılarının qətnamə və sənədlərinə əsasən ATƏT tərəfindən həyata keçirilən sülh prosesində konstruktiv surətdə iştirak etməyə dəvət edir və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər cür addımlardan çəkinməyə çağırır.
  3. ATƏT-in 1996-cı ildə Lissabonda keçirilmiş Zirvə Görüşündə icraçı sədrinin bəyanatının ehtiva etdiyi Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin həllinin üç prinsipini -  Azərbaycan   Respublikasının və Ermənistan Respublikasının  ərazi   bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın  tərkibində yüksək muxtariyyət statusunun verilməsi, region və onun
    əhalinin təhlükəsizliyinə zəmanət verilməsini dəstəklədiyini ifadə edir.
  4. "Fait accompli" nizamlanmanın əsası kimi götürülməsinin qeyri-mümkünlüyünü, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hazırkı vəziyyətin, orada hər hansı digər fəaliyyətin, o cümlədən "status-kvo"nun möhkəmlənməsinə xidmət edən səsvermə prosesinin həyata keçirilməsinin qeyri-qanuni hesab ediləcəyini təsdiq edir.
  5. İşğal olunmuş Azərbaycan ərazilərinin Ermənistan vətəndaşları ilə məskunlaşdırılmasının beynəlxalq qanunların kobud şəkildə pozulması və münaqişənin sülh yolu ilə həlli prosesinə mənfi təsir göstərdiyini bildirir və bu fəaliyyətin dərhal dayandırılmasını və onların geri qaytarılmasını tələb edir, bu sahədə Azərbaycanın həyata keçirdiyi cəhdlərə, o cümlədən  BMT TŞ-də İKT üzvü ölkələrin Daimi Nümayəndəlikləri vasitəsilə tam dəstək verilməsinə razılığını bildirir.
  6. Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin  mərhələli həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətini, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri səviyyəsində aparılan məsləhətləşmələri dəstəkləyir və məsələyə bu cür yanaşmanı Azərbaycana qarşı təcavüzün ciddi nəticələrinin aradan qaldırılması üçün vasitə kimi qiymətləndirir.
  7. Baş Katibdən Azərbaycan Respublikasına qarşı erməni təcavüzü ilə əlaqədar İslam Konfransı Təşkilatının prinsipial və dəyişməz mövqeyini ATƏT-in fəaliyyətdə olan sədrinə çatdırmasını xahiş edir.
  8. Azərbaycan hökuməti və xalqının öz ölkəsinin müdafiəsi naminə göstərdiyi cəhdləri bütövlükdə dəstəklədiyini və onlarla tam  şəkildə həmrəy olduğunu bir daha təsdiq edir.
  9. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələrinə imkan yaradılmasına çağırır.

19. Qaçqın  və  köçkünlərə  humanitar yardım  göstərmiş  bütün  üzv dövlətlərə öz təşəkkürünü bildirir və digər dövlətləri  onlara yardım göstərməyə çağırır.

  1. Bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünün qarşılaşdığı kəskin humanitar problemlərin ciddiliyi ilə əlaqədar narahatlığını bildirir və üzv dövlətlərdən, İslam İnkişaf Bankı və digər İslam qurumlarından Azərbaycan Respublikasına ən çox ehtiyac duyulan maliyyə və humanitar yardım göstərilməsini xahiş edir.
  2. Azərbaycanın  ona  dəymiş  ziyanın  müqabilində  təzminat  almaq hüququna malik olduğunu və adekvat təzminat ödənilməsi məsuliyyətini Ermənistanın üzərinə düşdüyünü hesab edir.

22. Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət etməsini və bu barədə İKT Xarici işlər nazirlərinin XXXIV Konfransına hesabat verməsini xahiş edir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR