Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xarici İşlər Nazirlərinin Konfransı

İslam Konfransı Təşkİlatı Xarİcİ İşlər nazİrlərİnİn XXXVI konfransı Ermənİstan Respublİkasının Azərbaycan Respublİkasına təcavüzü nətİcəsİndə İşğal olunmuş Azərbaycan torpaqlarında İslam tarİxİ və mədənİyyət abİdələrİnİn məhv edİlməsİ və dağıdılması haqqında Q Ə T N A M Ə - Dəməşq, 23-25 may 2009-cu İl

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXXVI konfransı
Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması
haqqında

 Q Ə T N A M Ə

 

Dəməşq, 23-25 may 2009-cu il

 

Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının, etnoqrafiyasının və memarlığının Azərbaycanın və onun xalqının tarixinin ayrılmaz hissəsi kimi İslam irsinin mənbələrindən biri olduğunu dərk edərək; 

BMT-nin Təhlükəsizlik Şurasının, Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılması, Ermənistan tərəfindən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini israrla tələbi barədə 822, 853, 874 və 884 saylı qətnamələrini təsdiq edərək; 

Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbaycanın Ermənistan tərəfindən tutulmuş məscidlərinin və islama aid olan digər müqəddəs yerlərinin tam və vəhşiliklə dağıdılmasının insanlıq əleyhinə cinayət olduğunu təsdiq edərək; 

Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən İslam irsinə vurulmuş böyük zərərlərin, İslam mədəniyyətinə aid misilsiz abidələrin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların ələ keçirilməsi və məhv edilməsi faktlarını qeyd edərək; 
            Bu barədə Azərbaycan hökumətinin və xalqının narahatlığı tam bölüşərək: 

1. Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir.

2. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyri-şərtsiz və mütləq yerinə yetirilməsini tələb edir.

3. Azərbaycanın regional və beynəlxalq səviyyədə göstərdiyi və Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə İslam mədəni dəyərlərinin və xəzinələrinin qorunması  və saxlanılması məqsədi daşıyan səylərinə öz dəstəyini təsdiqləyir.

4. Aldığı zərərlərə görə Azərbaycanın müvafiq kompensasiya almaq hüququnun olduğunu və bu zərərin ödənilməsi üçün Ermənistan Respublikasının tam məsuliyyət daşıdığını hesab edir. 

5. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisaslaşdırılmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır. 

6. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsinə və   İKT-nin himayəsi altında olan qurumlar və ixtisaslaşmış orqanlar çərçivəsində həyata keçirilmiş koordinasiya işlərinə görə İKT Baş Katibliyinə təşəkkür bildirir. Həmçinin bu işə yardım etmiş adı çəkilən qurum və təşkilatlara da, xüsusilə İslam İnkişaf Bankına və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına onlar tərəfindən Azərbaycan Respublikasında islama aid olan müqəddəs yerlərin qorunması üzrə layihələrin gerçəkləşdirilməsi üçün proqramların qəbul edilməsinə görə təşəkkür edir. 

           ---------------------------

2011-ci il iyunun 28-də İslam Konfransı Təşkilatının (İKT) Xarici işlər nazirləri Şurasının Qazaxıstanın paytaxtı Astanada keçirilən XXXVIII sessiyasında təşkilatın adının dəyişdirilərək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılması haqqında qərar qəbul edilmişdir.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR