Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Bəyanatlar

Şİmalİ Atlantİka Əməkdaşlıq Şurası BƏYANAT (çıxarış) - Oslo, 5 İyun 1992-cİ İl

Şimali Atlantika Əməkdaşlıq Şurası

BƏYANAT

(çıxarış)

 

Oslo, 5 iyun 1992-ci il

 

  1. Biz, həmçinin, Dağlıq Qarabağ və onun ətrafında olan böhranın gedişində döyüşlərin intensivləşməsi, insan tələfatının, iztirabların və dağıntıların artması ilə bağlı dərin narahatlıq hissi keçiririk. Biz Minskdə ATƏM-in Konfransının çağırılması qərarını, bu Konfransın uğurla nəticələnməsi üçün Romada ilkin toplantının keçirilməsi kimi addımları və bu münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı ATƏM çərçivəsində görülən bütün tədbirləri alqışlayırıq. Bu məqsədə nail olmaq üçün öz töhfəmizi verəcəyik və aidiyyəti olan tərəfləri də eyni tədbir görməyə çağırırıq. Biz sülh prosesinə töhfə vermək məqsədilə ATƏM çərçivəsində regiona vaxtlı-vaxtında müşahidəçilərin yerləşdirilməsinə dair razılıq əldə edilməsi istiqamətindəki səylərini dəstəkləyir və Şuramızın üzvlərinin həmin missiyanın işində iştirak etməyə hazır olduğunu bildiririk.

 Biz aidiyyəti olan bütün tərəfləri sülh yolu ilə nizamlanma danışıqlarına mühüm töhfə verən səmərəli atəşkəs əldə etməyə çağırırıq. Biz eyni zamanda, tərəfləri münaqişənin qurbanları üçün təcili tələb olunan humanitar yardımın çatdırılması üçün müvafiq şəraiti təmin etməyə çağırırıq. Biz güc işlədilməsi vasitəsilə ərazilərin əldə edilməsi, sərhədlərin dəyişdirilməsi və ya siyasi məqsədlərə nail olunması üçün hər hansı cəhdin qəbul edilməz olduğunu və bu cəhdin əhəmiyyətli olan uzunmüddətli danışıqlara və dinc nizamlanmaya əsaslanan səylərə yalnız xələl gətirdiyini xüsusilə vurğulayırıq.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR