Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ukrayna XİN vətəndaşlarına Azərbaycanın İşğal olunmuş ərazİlərİnə qanunsuz səfər etməməyə çağırıb

Kiyev,  AZƏRTAC

Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarına Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməmələri barədə müraciət edib.

AZƏRTAC xəbər verir ki, Ukrayna XİN bu gün rəsmi saytında yaydığı məlumatda bir daha ölkə vətəndaşlarına xarici dövlətlərə səfər edərkən diqqətli olmalarını xatırladıb.

“Ukrayna Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəstəkləyir. Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən hər bir ukraynalı bu ölkənin qanunvericiliyinə əsasən inzibati və cinayət məsuliyyəti daşıyır”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən uzun illərdir işğal altında saxlanılır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR