Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Bəyanatlar

Şİmalİ Atlantİka Əməkdaşlıq Şurası Nazİrlərİn görüşü BƏYANAT - İstanbul, 10 İyun 1994-cü İl

Şimali Atlantika Əməkdaşlıq Şurası

Nazirlərin görüşü

BƏYANAT

           

İstanbul, 10 iyun 1994-cü il

 

Biz əminik ki, Dağlıq Qarabağ üzrə Minskdə ATƏM Konfransının keçirilməsi planı, davam etməsi dərin narahatlıq mənbəyi olan münaqişənin ədalətli və davamlı nizamlanması üçün müvafiq vasitələr təklif edir. Biz bir daha vurğulayırıq ki, münaqişə hərbi vasitələrlə deyil, yalnız ATƏM prinsipləri və BMT Nizamnaməsinə hörmətə əsaslanan danışıq yolu ilə nizamlanma və Ermənistan və Azərbaycan və regionun bütün ölkələri arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması yolu ilə həll edilə bilər.

 Biz ATƏM-in Minsk Qrupunun fəaliyyətini tam şəkildə dəstəkləyirik. Biz bu məqsədlərə nail olmaq üçün ATƏM-lə əməkdaşlıqda göstərilən bütün vasitəçilik səylərini alqışlayırıq. Biz razıyıq ki, BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq hərbi əməliyyatların dayandırılması, zor vasitəsilə işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması daxil olmaqla, güzəşt mühitində əldə edilən atəşkəs və konstruktiv danışıqlar daimi nizamlanma ilə nəticələnən mərhələli sülh prosesi üçün mühüm əhəmiyyət kəsb edir. Biz həlli uzanmış münaqişənin daimi nizamlanmasını sürətləndirmək məqsədilə bu regiona ATƏM müşahidəçilərinin göndərilməsini dəstəkləyirik.

 

Mənbə: Elçin Əhmədov.  Ermənistanın Azərbaycana təcavüzü: təhlili  xronika (1987-2011). Ensiklopedik  nəşr. Bakı, 2012, 912 s.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR