Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Avropa Azərbaycanlıları Konqresİ “Qarabağ”ın “Düdelanj” İlə oyunu zamanı törədİlmİş təxrİbatı pİsləyİr

Stokholm, 7 oktyabr, AZƏRTAC

Avropa Azərbaycanlıları Konqresi oktyabrın 4-də Azərbaycanın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” kollektivi ilə görüşü zamanı bir qrup erməni tərəfindən törədilmiş təxribatı kəskin şəkildə qınayaraq, baş verən bu hadisəni idmanda qəbulolunmaz siyasi (terror) aktı kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, AAK-ın bəyanatında tarixboyu terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçılarının bu kimi çirkin əməllərini hər bir sahədə olduğu kimi, idman sahəsində də nümayiş etdirməkləri qeyd olunur. Sənəddə bildirilir ki, “baş verən hadisə yol verilməzdir və Avropa Azərbaycanlıları Konqresi beynəlxalq təşkilatlara erməni təxribatçılarının bu kimi hərəkətlərinin cavabsız qalmamalı olduğunu bəyan edir. Bəyanatda Avropanın müvafiq qurumlarının, baş verən hadisəyə düzgün siyasi qiymət verilməsini tələb olunaraq, əks halda gələcəkdə də idmanın bəzi qrupların siyasi oyuna çevrilməsi təhlükəsi olduğu vurğulanır.

 

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR