Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Mövlud Çavuşoğlu: Dağıq Qarabağ münaqİşəsİnİn nİzamlanması üçün daha çox səy göstərəcəyİk

Bakı, 31 oktyabr, AZƏRTAC 

Türkiyə Xarici İşlər Nazirliyi və BMT-nin təşkilatçılığı ilə keçirilən 6-cı İstanbul Vasitəçilik Konfransının açılışından sonra jurnalistlərin suallarını cavablandıran Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara növbəti ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha çox səy göstərəcək.

AZƏRTAC timeturk.com saytına istinadla xəbər verir ki, türkiyəli nazir deyib: “Biz Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş torpaqları probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının qərarları çərçivəsində həllinin tərəfdarıyıq və bu münaqişənin nizama salınması üçün növbəti ildə daha çox səy göstərəcəyik”.

“Sülh naminə vasitəçilik: Vəziyyətin qiymətləndirilməsi və gələcəyə baxış” mövzusunda çıxış edən Mövlud Çavuşoğlu bildirib ki, Ankara böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı əsasında öz fəaliyyətini dünyanın müxtəlif yerlərində münaqişələrin sülh və dialoq yolu ilə həll olunması istiqamətində davam etdirir. O, Türkiyənin qonşu Suriyada sülhün və sabitliyin bərqərar olması üçün Rusiya ilə birgə mühüm tədbirlər həyata keçirdiyini də xatırladıb.

Konfransda çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş də Suriya, İraq, Fələstin, Afrika ölkələri və dünyanın digər bölgələrində silahlı münaqişələrin həll, terrorizm bəlasının yox edilməsi üçün səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, BMT çərçivəsində fəaliyyət göstərən Vasitəçi Dostlar Qrupu bu məsələdə daha fəal olmalıdır.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR