Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ukraynanın nüfuzlu İnformasİya agentlİyİndə Ermənİstan hakİmİyyətİnİn destruktİv sİyasətİ pİslənİlİb

Kiyev, 1 noyabr, AZƏRTAC

Cəmiyyətin radikal millətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən Ermənistan hakimiyyətinin destruktiv siyasəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə əngəl olur. AZƏRTAC xəbər verir ki, bu fikri “İnterfax-Ukrayna” agentliyinə geniş müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib (https://interfax.com.ua/news/interview/621870.html).

“Bütün bu illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhə və təhlükəsizliyə ciddi təhdid olub və bu, davam edir. Münaqişə Cənubi Qafqaz ölkələrinin tam əməkdaşlığına mane olur”, - deyə səfir əlavə edib.

A.Xudiyev bildirib ki, müstəqillik illərində balanslaşdırılmış xarici siyasət, neft və qaz ehtiyatlarından praqmatik istifadə və sosialyönümlü daxili siyasət Azərbaycanı dünyada layiqli hörmətə sahib olan müasir və sabit dövlətə çevirib. Lakin keçmiş Sovet İttifaqından miras qalan və Azərbaycanın xarici siyasətinin ən vacib prioriteti olan Dağlıq Qarabağ münaqişəsi hələ də öz ədalətli həllini tapmayıb.

Səfir müsahibəsində Azərbaycanın uğurlu iqtisadi və sosial layihələri, milli şirkətlərimizin Ukraynada investisiya qoyuluşu barədə geniş faktlara əsaslanıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR