Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Anjey Kaspşİk Ermənİstan müdafİə nazİrİ İlə görüşüb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb. 

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, görüş zamanı D. Tonoyan və A. Kaspşik Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyəti müzakirə ediblər. 

 

“Tərəflər münaqişənin həlli prosesindəki humanitar xarakterli tədbirləri, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin bu istiqamətdə səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar. David Tonoyan və Anjey Kaspşik təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində etimadın gücləndirilməsi mexanizmlərinin tətbiq olunmasının vacibliyini qeyd ediblər”, - deyə Ermənistan Müdafiə Nazirliyin yaydığı məlumatda qeyd olunub.

Zümrüd Paşkin

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR