Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Mətİn Yıldırım: Terrorçu Tehlİryana Ermənİstanda heykəlİn qoyulması düşmənçİlİk İdeologİyasının tərkİb hİssəsİdİr

Ankara, 26 noyabr, AZƏRTAC

Ermənilərin türklərə qarşı tükənməz nifrət bəsləməsinin əsl səbəbkarı bu ölkə tərəfindən aparılan düşmənçilik siyasətidir. Bu siyasətin davam etməsi və erməni millətçi dairələri tərəfindən dəstəklənməsi təhlükəli amildir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım ifadə edib.

Ekspert bildirib ki, Osmanlı dövlətinin Baş Naziri Tələt paşanın qatili, terrorçu Soğoman Tehliryana Ermənistanda abidə ucaldılması bu düşmənçilik ideologiyasının tərkib hissəsi və davamıdır. Təhlükəli bir terrorçuya ucaldılan heykəlin quruluşunda Tələt paşanın şəxsiyyətinin təhqir olunması insanlığa qarşı həqarətdir. Bu heykəl dərhal dağıdılmalıdır.

Qeyd edək ki, Osmanlı dövlətinin Baş Naziri Mehmet Tələt paşanın qatili Soğoman Tehliryana Ermənistanın Şirak vilayətində heykəl ucaldılıb. 1921-ci ildə Tələt paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu S.Tehliryan bu ağır cinayətə görə Almaniyada həbs edilsə də, Berlin məhkəməsi qatil terrorçuya bəraət verib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR