Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Türkİyə səfİrİ: “Dağlıq Qarabağ münaqİşəsİnİn həllİ üçün daha çox səy göstərİlməlİdİr”

“ATƏT Avropanın təhlükəsizliyi və sabitliyi üçün qurulmuş çox vacib bir beynəlxalq təşkilatdır. ATƏT-in üzərinə düşən vacib vəzifələrdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, münaqişənin tezliklə həlli üçün daha çox səy göstərilməlidir.

 

“Çox təəssüf ki, aradan keçən illərə baxmayaraq, problemin həlli mümkün olmayıb. Həm BMT, həm də ATƏT-in irəli sürdüyü parametrlərdə münaqişənin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Lakin, hələ də Azərbaycan əraziləri işğaldan azad olunmayıb. ATƏT-in Minsk qrupu həmsədrlərinin həll yolu tapacaqlarına ümid edirik”, - deyə Türkiyə səfiri qeyd edib.

Zümrüd Paşkin

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR