Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Ezadİ Əl-Hammadİ: “Bİtməyən əzab” sənədlİ fİlmİ Dağlıq Qarabağ münaqİşəsİnİn humanİtar tərəfİnİ göstərİr

Rotterdam, 2 dekabr, AZƏRTAC

Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatım var idi. Ancaq münaqişənin humanitar tərəfi ilə bağlı məlumatlı deyildim. Bugünkü “Bitməyən əzab” sənədli filmi məni çox mütəəssir etdi. Bu sənədli film münaqişənin humanitar tərəfinin necə dəhşətli olduğunu əks etdirir.

Bu fikirləri Rotterdamda “Bitməyən əzab” sənədli filminin təqdimatından sonra ekran əsərinin izləyicilərindən biri olan Ezadi Əl-Hammadi AZƏRTAC-a müsahibəsində söyləyib.

“Bu münaqişənin humanitar tərəfi, onun yaratdığı humanitar böhran haqqında məlumatlı deyildim. Sənədli filmdə münaqişə qurbanları, onların şahidliyini gördük. İnsan övladının belə bir vəhşilik törədə bilməsinə inanmazdım.

Münaqişələrin yaratdığı humanitar problemlərin həlli üçün bütün bəşəriyyət səfərbər olmalı və belə problemlərin aradan qaldırılmasına yardım etməlidir”, - deyə E.Əl-Hammadi bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rotterdam

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR