Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Mübarİz Əhmədoğlu: Ermənİ ordusunun Serj Sarkİsyanın blefİndə yalnız dekorasİya olduğu yaxında sübut olunacaq

Ermənistan ordusu, hərbi gücü barəsində Ermənistan rəsmilərinin və rəsmi hərbi mütəxəssislərinin fikirlərilə tanış olarkən başa düşürsən ki, insanlardakı optimizmin ölçüsü kosmosla müqayisə oluna bilərmiş. Guya ermənilərin ordusunu bu dünyada məğlub edən qüvvə yoxdur. Hətta Çin, Hindistan və Rusiyanın ordularının da birlikdə erməni ordusuna gücü çatmaz. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Ermənistan ordusu bir qrup hərbçinin toplantısından başqa bir şey deyil: "Bu hərbçilərin böyük əksəriyyəti quldur, kriminal keçmişə malikdir. Öz keçmişlərini ermənilərin milli mentalitetinə uyğun hesab edirlər. Ona görə də həmin quldurluq və kriminallığı indiki hərbçilər nəslinədək yaşadırlar. Ermənistan ordusu hətta erməni prizmasından şərəfsizlik yığnağıdır. İki kəlbəcərlinin girov götürülməsilə əlaqəli Ermənistanın müdafiə naziri S.Ohanyan və onun əməkdaşları bu iki kəlbəcərli tərəfindən erməni mayorunun öldürülməsi və digər erməni zabitinin arvadının yaralanması barədə məlumat yaydılar. Döyüş bölgəsində olan silahlı erməni mayorunun iki silahsız azərbaycanlı tərəfindən öldürülməsi çoxlu şübhələr yaradır. Erməni mayorunun köməksizliyi barədə ağıla gələn ilk versiya onun öz zabit yoldaşının arvadına qarşı namussuzluqla məşğul olmasıdır. Məhz bu səbəbdən də erməni mayoru köməksiz, başqa sözlə silahsız qalıb. Əgər döyüş regionunda mayor rütbəli erməni zabiti digər mayor rütbəli erməni zabitinin arvadına qarşı namussuzluq edirsə, bu erməni ordusunun mahiyyətindən doğan bir məsələdir".

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan rəhbərliyinin, o cümlədən müdafiə nazirinin erməni döyüşçülərinin milli vətənpərvərlik ruhu barədə dedikləri istənilən gənclik və ya millət üçün təhqirdir: "Orta məktəb skamyasından orduya gəlməyə məcbur olan erməni gənci ordudan ayrılarkən kriminala çevrilir. Eləcə də həmin gənc vaxtilə Qarabağda döyüşmüş ermənilərin taleyindən də məlumatlıdır. Bilir ki, erməni döyüşçülərinin böyük əksəriyyəti bu gün acından ölür. Belə alınır ki, erməni gənci sonda səfil, dilənçi təbəqəyə çevrilmək uğrunda mübarizə aparır və ya səfillik və dilənçilik erməni gəncinin ən böyük amalıdır".

Ermənistan prezidenti S.Sərkisyan erməni gəncləri ilə görüşdə miqrasiyanın 3 səbəbini göstərdi: "Birincisi, diaspor maqnit kimi çəkir. İkincisi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin ermənilərdə yaratdığı qorxu. Üçüncüsü, Azərbaycanın inkişafı, xüsusilə hərbi gücünün artması və və hərbi ritorikası. Bu 7 il ölkəyə prezidentlık edən adamın etirafıdır. S.Sərkisyan prezidentlikdən əvvəl 7-8 il Təhlükəsizlik, Müdafiə nazirləri vəzifəsində işləmişdi.1il Baş nazir oldu".

Onun sözlərinə görə, S.Sərkisyanın bu etirafları erməni xalqının döyüş ruhunun barometridir:

"Erməni ordusunun silahla rəftarı ümumiyyətlə 60-cı illərin səviyyəsindədir. Rəsmi hərbçiləri özləri etiraf etdilər ki, müasir silahları yaxın vaxtlarda gördülər. Erməni versiyasına görə azərbaycanlı hərbçilərindən biri geri qaçarkən döyüş ləvazimatını qoyub və ermənilər də bundan sonra başa düşüblər ki, müasir silahlar nədir.

Erməni ordusunun Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində vəziyyətə nəzarət etməsi barədə erməni hərbçilərinin dedikləri ən böyük yalanlarından biridir: Son bir neçə ayda 5 erməni Azərbaycan tərəfə keçib. İndi bəlli olur ki, 3 azərbaycanlı (Dilqəm Əsgərov, Şahlar Quliyev və Həsən Həsənov) erməni işğalı altında olan doğma rayonlarına təxminən 10 dəfə baş çəkiblərmiş.

Hərbi qənimət ermənilərin az qala mifləşdirdiyi məsələdir. Amma nəzərə almırlar ki, Azərbaycan ordusu hərbi qənimət kimi ermənilərə raketləri, od saçan mərmiləri göndərəcək".

Politoloq hesab edir ki, Ermənistan ordusunun ən böyük qiyməti Ermənistanın siyasi rəhbərliyinin bu orduya inamsızlığı ilə ölçülə bilər: "İki kəlbəcərlinin öz doğma yurdlarına getməsinin nəticəsi olaraq Ermənistanın müdafiə naziri S.Ohanyan yerli əhalinin hamısının silahlandırılmasını təklif etdi. Başqa sözlə, bütün müqaviləli hərbçilərə silahların verilməsini məsləhət bildi. Prezident S.Sərkisyan dərhal bunun əleyhinə çıxdı. Çünki S.Sərkisyan başa düşür ki, əhalini silahlandırmaq ordunun S.Sərkisyan hakimiyyətinin əleyhinə çıxması ilə nəticələnəcək.

Özünün inanmadığı, etibar etmədiyi ordunun tərifini göylərə qaldırmaq -ancaq erməni məntiqi belə şeylərə imkan verir".

Onun sözlərinə görə, S.Sərkisyan xarabalıq aşiqidir. Xaraba qalmış yerlər çoxaldıqca və xaraba ərazilər S.Sərkisyana yaxınlaşdıqca o bundan ləzzət alır. Azərbaycan ordusunun Ermənistanla sərhəddə və qoşunların təmas xəttindəki fəaliyyəti erməni ordusunu S.Sərkisyanın psixoloji halına uyğun rəftar etməyə təhrik edəcəkdir: "Keçmiş döyüşçülər indiki müqaviləli hərbçilər vasitəsilə ordunu S.Sərkisyan hakimiyyətinə qarşı yönəldəcək və bu kriminal, quldur, faşist Qarabağ klanı xaraba qalacaq. Hazırda S.Sərkisyan və onun komandası yeganə ən yaxşı bacardıqları işlə məşğuldurlar. Bu blefdir. Erməni şahmatçıları şahmat olimpiadasında çempionluğu 6-cı yerlə dəyişdilər.

Erməni savadlılarının böyük əksəriyyəti etnokriminallığa xidmət edir. Bunun da real nəticəsi bir müddət sonra görünəcək. O cümlədən, erməni ordusunun da yalnız blef dekorasiyası olduğu da lap yaxında sübut olunacaq".

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR