Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Akademİk Ramİz Mehdİyevİn “Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarİx” adlı kİtabı çap olunub

Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix” adlı kitabı çap olunub.

 

APA-nın məlumatına görə, kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub.


Kitabda Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəblərini, habelə bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb.


Qeyd olunur ki, Azərbaycanın xristian abidələri həmişə erməni din xadimləri tərəfindən tarixin təhrif olunması üçün istifadə edilib.


“Dağlıq Qarabağ: mənbələr əsasında oxunmuş tarix” adlı kitabda tarixi sənədlər əsasında Ermənistan dövlətinin diasporun köməyi ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə yaratmasından və geosiyasi tələyə düşməsindən bəhs olunur. Kitabda həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə nəzər salınıb.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR